Honor MagicPad 2 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
12.07.2024
Emil Nəcəfov
Honor şirkəti yeni qatlana bilən smartfonları ilə yetinməyərək üstəlik yeni planşetini də təqdim edib. Söhbət, Honor MagicPad 2-dən gedir. Honor-un bu yeni planşeti böyük ölçülü ekranı, subflaqman Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Honor MagicPad 2 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.3 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Honor bildirib ki, MagicPad 2-nin ekranı may ayında Apple tərəfindən təqdim edilmiş iPad Pro 2024-ün OLED ekranından daha yaxşıdır.
Planşetin qalınlığı 5.8 mm, çəkisi isə 555 qramm təşkil edir. Honor MagicPad 2 Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 13 MP-lik arxa kameranı və 9 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 66 vatt gücündə sürətli şarj texnologiyalı 10 050 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, bu yeni planşet ayrıca qoşula bilən fiziki klaviatura dəstəyinə də sahibdir. Honor MagicPad 2 19 iyul tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq.
- 8 GB RAM + 256 GB yaddaş - 413$
- 12 GB RAM + 256 GB yaddaş - 455$
- 16 GB RAM + 512 GB yaddaş - 510$
- 16 GB RAM + 1 TB yaddaş - 579$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Honor Magic Vs3 təqdim olunub - QİYMƏTİ
Qatlana bilən Honor Magic Vs3 təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor Magic V3-dən əlavə olaraq daha bir qatlana bilən smartfonunu təqdim edib. Söhbət, Honor Magic V3-ün sadələşdirilmiş versiyası olan Honor Magic Vs3-dən gedir.
Qatlana bilən Honor Magic V3 təqdim edilib - QİYMƏTİ
Qatlana bilən Honor Magic V3 təqdim edilib - QİYMƏTİ
Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni qatlana bilən smartfonu Honor Magic V3-ü Çində təqdim etdi.
Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb
Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb
Android smartfonların istehsalçıları arasında bir ənənə var ki, onlar təkcə Apple şirkətini deyil həm də bir-birilərini trollayırlar.
Təqdimatdan bir gün öncə Honor Magic Vs3-ün bəzi texniki imkanları açıqlanıb
Təqdimatdan bir gün öncə Honor Magic Vs3-ün bəzi texniki imkanları açıqlanıb
Honor şirkəti artıq sabah yeni qatlana bilən smartfonları olacaq Honor Magic V3 və Magic Vs3-ü təqdim edəcək.
Qatlana bilən Honor Magic Vs3-ün hansı prosessoru əldə edəcəyi təsdiqlənib
Qatlana bilən Honor Magic Vs3-ün hansı prosessoru əldə edəcəyi təsdiqlənib
Honor şirkəti 12 iyul tarixində iki ədəd qatlana bilən smartfonu təqdim edəcək. Honor Magic V3 və Honor Magic Vs3. İndi isə məlum olub ki, Honor Magic Vs3 smartfonu Geekbench testlərindən keçib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!