Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb
Cihazlar+
11.07.2024
Emil Nəcəfov
Android smartfonların istehsalçıları arasında bir ənənə var ki, onlar təkcə Apple şirkətini deyil həm də bir-birilərini trollayırlar. Bu dəfə Honor şirkəti Samsung-un dünənki Galaxy Unpacked 2024 tədbirindən yan keçməyərək onu trollayıb. Belə ki, şirkət Samsung-un trollanmasında əsas diqqətini Galaxy Z Fold 6 smartfonunun qalınlığına ayırıb. Honor şirkəti X-dəki (keçmiş Twitter) hesabında belə başlıqlı paylaşım edib. “Qatlayın, lakin razı olmayın. Honor Magic V2 qatlana bilən smartfonlar qalaktikasında hələ də bir neçə işıq il öndədir”.
Bu başlıq üçün şirkət Galaxy Z Fold 6-nın qalınlığı ilə Honor Magic V2-nin qalınlığı arasında müqayisəni əks etdirən fotonu sərgiləyib. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın qalınlığı qatlanmış vəziyyətdə 12.1 mm, tam açıq vəziyyətdə isə 5.6 mm təşkil edir. Keçən ilki Galaxy Z Fold 5-in qalınlığı qatlanmış vəziyyətdə 13.4 mm, tam açıq vəziyyətdə isə 6.1 mm təşkil edir. Beləliklə dünən təqdim edilmiş Galaxy Z Fold 6 smartfonu keçən ilki Galaxy Z Fold 5-dən bir qədər nazikdir. Lakin bu mövzuda o, Honor Magic V2-dən geridə qalır. Belə ki, Honor Magic V2-nin qalınlığı qatlanmış vəziyyətdə 9.9 mm, tam açıq vəziyyətdə isə 4.7 mm təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli Samsung Galaxy M55s smartfonu təqdimata hazırlaşır
Orta büdcəli Samsung Galaxy M55s smartfonu təqdimata hazırlaşır
Samsung şirkəti yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy M55s-dən gedir.
Təqdimatdan bir gün öncə Honor Magic Vs3-ün bəzi texniki imkanları açıqlanıb
Təqdimatdan bir gün öncə Honor Magic Vs3-ün bəzi texniki imkanları açıqlanıb
Honor şirkəti artıq sabah yeni qatlana bilən smartfonları olacaq Honor Magic V3 və Magic Vs3-ü təqdim edəcək.
Qatlana bilən Honor Magic Vs3-ün hansı prosessoru əldə edəcəyi təsdiqlənib
Qatlana bilən Honor Magic Vs3-ün hansı prosessoru əldə edəcəyi təsdiqlənib
Honor şirkəti 12 iyul tarixində iki ədəd qatlana bilən smartfonu təqdim edəcək. Honor Magic V3 və Honor Magic Vs3. İndi isə məlum olub ki, Honor Magic Vs3 smartfonu Geekbench testlərindən keçib.
Galaxy AI ekosistemi ilin sonuna kimi 200 milyon ədəd Samsung smartfonunda işə düşəcək
Galaxy AI ekosistemi ilin sonuna kimi 200 milyon ədəd Samsung smartfonunda işə düşəcək
Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində Galaxy AI adlı süni zəka ekosistemi barəsində maraqlı elanı bölüşüb.
Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində üstəlik yeni naqilsiz qulaqlıqlarını da təqdim edib. Söhbət, Galaxy Buds 3 və Galaxy Buds 3 Pro-dan gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!