Yaxın zamanlarda Google-a daxil olmaq üçün üz skanı tələb olunacaq!
Təhlükəsizlik
23.10.2024
Farid Pardashunas
Google, Android 15-ə gələcək "Şəxsiyyət Yoxlanışı" funksiyası üzərində işləyir. Bu funksiya, təyin etdiyiniz təhlükəsiz yerlərdən kənarda tətbiqlərə giriş üçün biometrik yoxlama tələb edəcək.
Dünyaca məşhur texnologiya nəhəngi, xüsusilə telefon oğrularına qarşı istifadəçilərini qorumaq üçün inkişaf etdirdiyi bu yeni sistemi ilk dəfə Google Chrome brauzerində sınaqdan keçirəcək. Sistem, oğruların PIN kodunuzu görsələr belə, həssas məlumatlarınıza girişini əngəlləyəcək şəkildə dizayn edilib. Bu xüsusiyyətlə birlikdə, etibarlı məkanlardan kənarda olduğunuz təyin edildikdə, Chrome brauzerindəki ödəniş məlumatlarına, inkoqnito səhiflərinə və sinxronizasiya ayarlarına daxil olmaq üçün üz tanıma və ya barmaq izi kimi biometrik təsdiq tələb olunacaq. Bu halda, PIN kodu və ya şifrə kimi alternativ doğrulama üsulları dərhal ləğv ediləcək və təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılacaq.
Chrome mütəxəssisi Leopeva64-ün kəşf etdiyi kod dəyişiklikləri, xüsusiyyətin Android 15 QPR1 versiyası ilə təqdim olunacağını göstərir. Google-un bu funksiyanı 2024-cü ilin dekabrında istifadəyə verəcəyi və Play Services vasitəsilə server tərəfli yeniləmə ilə istifadəçilərə çatdırmağı planlaşdıracağı gözlənilir. Google-un bu addımı, Apple-ın yaxın zamanda elan etdiyi "Oğurlanmış Cihaz Qorunması" xüsusiyyəti ilə oxşarlıqlar göstərir. Texnologiya nəhənglərinin istifadəçi təhlükəsizliyini artırmaq mövzusundakı bu həssaslığı bəzi qrupları məmnun etsə də, öz cihazında hesaba giriş etmək üçün bu qədər mürəkkəb proseslərdən keçmək istəməyən istifadəçiləri indidən narahat edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Play-də eyni anda limitsiz sayda tətbiqin yenilənməsi imkanı test edilir
Google Play-də eyni anda limitsiz sayda tətbiqin yenilənməsi imkanı test edilir
Bir neçə müddət bundan öncə Android istifadəçiləri Google Play üzərindən eyni anda 3 ədəd tətbiqin yüklənməsi və 2 ədəd tətbiqin yenilənməsi imkanını əldə etmişdilər.
Android 15 hansı Xiaomi, Redmi və POCO smartfonlarında istifadəyə veriləcək?
Android 15 hansı Xiaomi, Redmi və POCO smartfonlarında istifadəyə veriləcək?
Google şirkəti özünün Pixel smartfonları üçün Android 15-in stabil versiyasını istifadəyə verib. İndi isə internetdə bu əməliyyat sistemini əldə edəcək Xiaomi cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb.
Google öz data mərkəzlərində elektrik enerjisini nüvə reaktorları hesabına təmin edəcək
Google öz data mərkəzlərində elektrik enerjisini nüvə reaktorları hesabına təmin edəcək
Google şirkəti nüvə energetikası sahəsində fəaliyyət göstərən Kairos Power adlı startap ilə müqavilə bağladığını elan edib. Müqavilənin şərtlərinə əsasən bu startap şirkət üçün kompakt ölçülü nüvə reaktorlarını inşa edəcək.
Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub
Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub
Google şirkəti rəsmi şəkildə elan edib ki, onun foto tərtibatı üçün nəzərdə tutulmuş Imagen 3 adlı süni zəka sistemi bütün Google Gemini istifadəçiləri üçün istifadəyə verilib.
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterləri on illərdir üzərində işlənən bir mövzudur. İndi isə Google, kvant kompüterlərinin müasir ən güclü superkompüterləri necə üstələyə biləcəyini göstərib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!