main-post-cover

    Dövlət orqanları WhatsApp-ın gizli boşluğundan istifadə edərək istifadəçiləri izləyirlər

    Təhlükəsizlik
    23.05.2024
    Emil Nəcəfov
         Mart ayında WhatsApp-ın təhlükəsizlik komandası Meta şirkətinə məlumat vermişdi ki, messencerin güclü şifrələmə sisteminə sahib olmasına baxmayaraq hökumətlər messencer istifadəçilərini izləməyə davam edirlər. Mütəxəssislər bildiriblər ki, messencer daxilində mesajlar şifrələnmiş şəkildə qalsalar da xüsusi xidmət orqanları bu və ya digər istifadəçilərin müəyyən zamanda kimlərlə ünsiyyətdə olduqlarını, hansı qruplara üzv olduqlarını öyrənə və üstəlik istifadəçilərin yerləşdikləri yerləri təyin edə bilərlər. Bütün bunları etməyə imkan verən boşluq ölkə miqyasında internet trafikinin analizinə əsaslanır.
         Müasir dövrdə metaməlumatlar xüsusi kəşfiyyat orqanları tərəfindən çox yüksək qiymətləndirilirlər. Bu səbəbdən də istifadəçinin konfidensiallığının təmin olunması vacib mövzudur. Mütəxəssislərin qiymətləndirmələrinə əsasən şəbəkə trafikinin yoxlanışı və analizi kənardan hiss edilmir. Lakin bu cür yoxlanış və analizlər WhatsApp istifadəçiləri arasındakı əlaqələri təyin etməyə yardımçı olurlar. Hansı istifadəçilər eyni qrupdadırlar, kim kimlə mesajlaşır, kim kimə zəng edir və s. Mütəxəssislər bildiriblər ki, məlumatlar Meta şirkətinin sadə şəkildə təyin edilə bilən korporativ serverlərindən keçdikləri üçün hökumətlər istifadəçilərin WhatsApp-dan nə zaman istifadə etdiklkərini təyin edə bilirlər. Daha sonra IP ünvan sayəsində konkret istifadəçini təyin etmək mümkün olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!
    google-nin-sozlerine-gore-microsoft-musterilerini-kiberhucumlara-qarsi-qoruya-bilmir
    Avropa Komissiyası Facebook və Instagram ilə bağlı dərin istintaqa start verib
    avropa-komissiyasi-facebook-ve-instagram-ile-bagli-derin-istintaqa-start-verib
    WhatsApp, uzun illərdir eyni olan söhbət qabarcıqlarının rəngini dəyişməyə imkan verəcək!
    whatsapp-uzun-illerdir-eyni-olan-sohbet-qabarciqlarinin-rengini-deyismeye-imkan-verecek
    Meta şirkəti kameralara sahib süni zəka əsaslı qulaqlıqlar hazırlayır
    meta-sirketi-kameralara-sahib-suni-zeka-esasli-qulaqliqlar-hazirlayir
    Meta öz süni zəka sistemlərini Facebook və Instagram-dakı kotentlər vasitəsilə təlimatlandırır
    meta-oz-suni-zeka-sistemlerini-facebook-ve-instagram-daki-kotentler-vasitesile-telimatlandirir