main-post-cover

    Daha bir Bitcoin birjası sındırılaraq 235 milyon dollar oğurlanıb!

    Təhlükəsizlik
    19.07.2024
    Farid Pardashunas

         Bu il kriptovalyuta dünyasından ikinci böyük kiberhücum xəbəri gəlib. Hindistanın ən böyük birjalarından biri olan WazirX, hücumçulara 235 milyon dollar itirib.

         Rəqəmsal pulqabı izləmə hesablarının xəbərdarlıq verməsilə ortaya çıxan hücumda, birjanın Ethereum-dakı çox açarlı pul kisəsindən 235 milyon dollar dəyərində kripto aktivinin oğurlandığı və onun izinin Tornado Cash-də itirildiyi bildirilir. Əlavə olaraq, hakerlərin hücumu 6 gün boyunca planlaşdırdığı söylənilir.
         Hakerlər, ilk öncə tez bir zamanda 130 milyon dollar dəyərində kriptovalyutanı sataraq onları dollara çeviriblər. Hazırda isə qalan 105 milyon dollarlıq aktivləri əritməklə məşğuldurlar. Birja hələlik əmanətlərin qoyulması və çıxarılmasını dayandırıb. Lakin oğurlanmış əmlakın qaytarılmasının çətin proses kimi olacağı görünür. Ötən həftələrdə Yaponiya birjası da 305 milyon dollar itirmişdi. Beləliklə ilk 7 ayda 540 milyon dollar oğurlanmış olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Trump-ın sui-qəsddən xilas olması, Bitcoin-nin dəyərinin artmasına səbəb olub!
    trump-in-sui-qesdden-xilas-olmasi-bitcoin-nin-artmasina-sebeb-olub
    Google, dark web izləmə funksiyasını ödənişsiz edir!
    google-dark-web-izleme-funksiyasini-odenissiz-edir
    PDF konvertasiya saytlarından istifadəçilərin özəl sənədləri sızdırılıb
    pdf-konvertasiya-saytlarindan-istifadecilerin-ozel-senedleri-sizdirilib
    Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
    hakerler-internet-explorer-uzerinden-komputerlere-yeni-nov-kiberhucum-reallasdirirlar
    Apple, iPhone istifadəçilərini kiberhücumlara qarşı xəbərdarlıq edib!
    apple-iphone-istifadecilerini-kiberhucumlara-qarsi-xeberdarliq-edib