Apple, iPhone istifadəçilərini kiberhücumlara qarşı xəbərdarlıq edib!
Təhlükəsizlik
11.07.2024
Farid Pardashunas
Apple, 98 ölkədə milyonlarla iPhone istifadəçisinə bildiriş göndərərək onların kiber hücuma məruz qala biləcəkləri və bu mərhələdə nə etmələri lazım olduğuna dair əhəmiyyətli xəbərdarlıqlar edib.
Keçən aprel ayında Apple, 92 fərqli ölkədəki istifadəçilərə pullu casus proqramdan təsirlənmiş ola biləcəyini bildirən bildiriş göndərmişdi. Çərşənbə günü Apple tərəfindən edilən yeni bir xəbərdarlıqda, 98 ölkədə iPhone istifadəçilərinə kiber hücumu edildiyi açıqlanıb.
Apple-ın iPhone istifadəçilərinə göndərdiyi bildirişi təqdim edirik: “Apple, Apple ID -xxx- ilə əlaqəli iPhone-unuzu uzaqdan pozmağa cəhd edən pullu casus proqram hücumunun hədəfi olduğunuzu aşkar edib. Bu hücum, yəqin ki, kim olduğunuza və ya nə etdiyinizə görə sizi hədəfləyir. Bu tip hücumların aşkarlanmasında mütləq əminliyə nail olmaq heç vaxt mümkün olmasa da, Apple bu xəbərdarlıq barəsində yüksək etibara sahibdir – lütfən, bu bildirişi ciddiyə alın”. Əlavə olaraq, Apple, keçən ildən bu yana istifadə etdiyi dildə əhəmiyyətli dəyişiklik edərək bu hadisələri əvvəllər istifadə edilən “dövlət tərəfindən dəstəklənən” hücumlar deyil, “pullu casus proqram hücumları” kimi təsvir etməyi seçib. Bu mənada kiberhücumlara məruz qalmamaq üçün bağlı Apple-dan hər hansı bildiriş alsanız, məxfiliyinizi və iqtisadi məlumatlarınızı ehtiva edən bütün parollarınızı dəyişdirməyiniz tövsiyə olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iOS 18-də zənglərlə bağlı çoxdan gözlənilən funksiya istifadəyə veriləcək
iOS 18-də zənglərlə bağlı çoxdan gözlənilən funksiya istifadəyə veriləcək
Keçən ay təqdim edilmiş iOS 18 əməliyyat sistemi iPhone istifadəçilərinin illərlə gözlədikləri funksiyanı istifadəyə verəcək.
Gələn il iPhone 17 Plus smartfonu iPhone 17 Slim ilə əvəz edilə bilər
Gələn il iPhone 17 Plus smartfonu iPhone 17 Slim ilə əvəz edilə bilər
Apple şirkəti gələn il iPhone 17 smartfon seriyasını təqdim edəcək. Ortaya çıxmış yeni məlumata əsasən Apple gələn ilki iPhone 17 smartfon seriyasında iPhone Plus modelini iPhone Slim adlı model ilə əvəz edəcək.
Apple, Rusiyada "tələb üzrə" VPN tətbiqlərini silməyə başlayıb!
Apple, Rusiyada "tələb üzrə" VPN tətbiqlərini silməyə başlayıb!
Apple şirkəti, Rusiyanın telekommunikasiya tənzimləyicisi Roskomnadzor-un tələbi ilə Rusiya App Store-dan VPN proqramlarını silməyə başlayıb. Bəs, niyə Rusiyada VPN qadağandır?
Yenilənmiş Siri gələn ildən tez istifadəyə verilməyə bilər
Yenilənmiş Siri gələn ildən tez istifadəyə verilməyə bilər
Apple şirkəti keçən ay baş tutmuş WWDC 2024 konfransı çərçivəsində yenilənmiş Siri səsli köməkçisini təqdim etmişdi.
Bu ilin ilk 6 ayı ərzində ümumi 1 milyard dollardan çox dəyərə sahib kriptovalyuta oğurlanıb
Bu ilin ilk 6 ayı ərzində ümumi 1 milyard dollardan çox dəyərə sahib kriptovalyuta oğurlanıb
Bloomberg saytının vermiş olduğu məlumata əsasən bu ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların ümumi dəyəri 1.38 milyard dollar təşkil edib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!