main-post-cover

    Bu ilin ilk 6 ayı ərzində ümumi 1 milyard dollardan çox dəyərə sahib kriptovalyuta oğurlanıb

    Təhlükəsizlik
    08.07.2024
    Emil Nəcəfov
         Bloomberg saytının vermiş olduğu məlumata əsasən bu ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların ümumi dəyəri 1.38 milyard dollar təşkil edib. Bu isə keçən ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların ümumi dəyərindən iki dəfə çoxdur. Məlumatda qeyd edilib ki, oğurlanmış kriptovalyutaların 70%-i baş vermiş 5 böyük kiberhücum sayəsində oğurlanıb. Bununla belə bu ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların ümumi dəyəri 2022-ci ilin ilk 6 ayında oğurlanmış kriptovalyutaların ümumi dəyərindən (2 milyard dollar) aşağı olub.
         Bununla belə 2024-cü il kriptovalyutaların qiymətlərində sürətli dəyişim prosesi mövzusunda unikal il olub. Bu cür hal sonuncu dəfə 2021-ci ilin ikinci yarısında müşahidə edilmişdi. Analitiklərin fikirlərinə əsasən yüksək qiymətlər kriptovalyutaların oğurlanma həcmlərini stimullaşdırır. Bu il ən böyük kiberhücum Yaponiyanın DMM Bitcoin adlı kriptovalyuta birjasına edilib. Bu kiberhücum nəticəsində ümumi dəyəri 300 milyon dollar təşkil etmiş 4500-dən çox token oğurlanıb. Bu kiberhücumun təfərrüatları isə hələ də məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnternetə 10 milyarda yaxın şifrə sızdırılıb
    internete-10-milyarda-yaxin-sifre-sizdirilib
    ABŞ mənbələri, ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər!
    abs-menbeleri-chatgpt-nin-kiberhucumcular-terefinden-sindirildigini-iddia-edir
    Bu tətbiqdən istifadə edən şəxslərin telefon nömrələri oğurlanmış ola bilər!
    bu-tetbiqden-istifade-eden-sexslerin-telefon-nomreleri-ogurlanmis-ola-biler
    Konfidensiallıq üçün risk: ChatGPT-nin macOS versiyası dialoqları özündə adi mətn şəklində saxlayır
    konfidensialliq-ucun-risk-chatgpt-nin-macos-versiyasi-dialoqlari-ozunde-adi-metn-seklinde-saxlayir
    Milyonlarla iPhone tətbiqinə təsir edən təhlükəsizlik zəifliyi aşkar edilib!
    milyonlarla-iphone-tetbiqine-tesir-eden-tehlukesizlik-zeifliyi-askar-edilib