1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
Təhlükəsizlik
23.09.2024
Farid Pardashunas
Latın Amerikası və Avropada keçirilən birgə əməliyyat nəticəsində yarım milyon insanın şəxsi məlumatlarını oğurlayan nəhəng fişinq şəbəkəsi yaxalanıb. “Kaerb əməliyyatı” adlı əməliyyat nəticəsində 17 nəfər həbs edilib, yüzlərlə elektron cihaz ələ keçirilib.
Kibertəhlükəsizlik firması Group-IB tərəfindən verilən açıqlamaya görə, 2018-ci ildən fəaliyyət göstərən fişinq şəbəkəsini Cənubi Amerikada yerləşən bir şəxs idarə edib. Bu şəxs, cinayətkarlara irimiqyaslı fişinq hücumları etməyə imkan verən “iServer” adlı avtomatlaşdırılmış fişinq platforması hazırlayıb. iServer, əsasən ispandilli istifadəçiləri hədəf alırdı. O, zəng, SMS və e-poçt vasitəsilə saxta linklər göndərməklə istifadəçilərin giriş məlumatlarını və digər şəxsi məlumatlarını ələ keçirirdi. Bu oğurlanmış məlumatlar, oğurlanmış smartfonların kilidini açmaq üçün istifadə edilmişdir.
Şəbəkə ləğv edilməzdən əvvəl 2000-dən çox cinayətkarın iServer vasitəsilə 1.2 milyondan çox cihaza giriş əldə etdiyi təxmin edilir. Tədqiqatçılar bildiriblər ki, iServer telefonun kilidini açmağa yönəlmiş mürəkkəb fişinq modelidir və standart fişinq platformalarından fərqlənir. Onun avtomatlaşdırılmış interfeysi, parolları oğurlamağı və təhlükə altında olan cihazlarda təhlükəsizlik kilidlərini keçməyi asanlaşdırdı. Əməliyyat çərçivəsində Latın Amerikası və Avropada keçirilən reydlərdə 17 nəfər saxlanılıb. Səlahiyyətlilər, həmçinin fişinq hücumları və oğurlanmış məlumatları ehtiva edən 900-dən çox kompüter və mobil telefon ələ keçiriblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)
İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)
Hizbullah yaraqlılarına aid olduğu bildirilən minlərlə peycer cihazı, Livanda bomba kimi partlayıb. Partlayışın baş verdiyi yerlər cəhənnəmə dönərkən, mobil cihaz sahibləri böyük narahatlıq keçirməyə başlayıb.
Milyonlarla Android TV cihazında virus aşkar edilib!
Milyonlarla Android TV cihazında virus aşkar edilib!
Android TV istifadəçiləri üçün ciddi bir təhlükəsizlik təhdidi ortaya çıxıb. Antivirüs proqramı inkişaf etdiricilərinin hesabatına görə, "Android.Vo1d" adlı zərərli proqram sürətlə dünya üzrə yayılır.
Kriptovalyuta dələduzları 2023-cü ildə 5.6 milyard dollar vəsait oğurlayıblar
Kriptovalyuta dələduzları 2023-cü ildə 5.6 milyard dollar vəsait oğurlayıblar
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) təqdim etmiş olduğu yeni hesabata əsasən 2023-cü il kriptovalyuta dələduzluğunun sayı və oğurlanmış vəsaitlərin həcmi baxımından rekord göstəricilərə sahib il olub.
17 yaşlı bir haker, 5 min adamın bank məlumatlarını oğurlayıb!
17 yaşlı bir haker, 5 min adamın bank məlumatlarını oğurlayıb!
Londonda ictimai nəqliyyat sistemi olan Transport for London (TfL), yaxın günlərdə haker hücumuna məruz qalıb. TfL, 1 sentyabrda şübhəli fəaliyyət aşkarlayıb və bunu dərhal istifadəçilərə xəbər verib, lakin hadisənin miqyası 12 sentyabrda göndərilən ikinci elektron məktubla daha da aydın olub.
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Kaspersky şirkətinin vermiş olduğu məlumata əsasən Pavel Durov-un keçən həftənin sonunda Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra bu xəbərin fonunda istifadəçilərdən pul vəsaitlərini əldə etmək istəyən dələduzların aktivlikləri artıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!