Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Təhlükəsizlik
28.08.2024
Emil Nəcəfov
Kaspersky şirkətinin vermiş olduğu məlumata əsasən Pavel Durov-un keçən həftənin sonunda Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra bu xəbərin fonunda istifadəçilərdən pul vəsaitlərini əldə etmək istəyən dələduzların aktivlikləri artıb. Məlumata əsasən dələduzlar elektron poçt vasitəsilə göndərilən ingilis dilli spam məktublarda özlərini insan haqları təşkilatları kimi qələmə verərək istifadəçiləri Pavel Durov-un azadlığa buraxılmasında iştirak etməyə çağırışlar edirlər.
Bunun üçün istifadəçilərə Durov-un hüquqi müdafiəsinin təmin olunmasına istiqamətlənmiş elektron portmanatlardan birinə kriptovalyutaların (BTC, ETH və TRX) göndərilməsi təklif edilir. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin sözlərinə əsasən istifadəçilərə göndərilən bu cür spam məktublarda dələduzlar olduqca kreativ davranırlar. Belə ki, elektron poçt servislərinin spam filtrlərindən yan keçmək yolunda onlar məktublardakı ifadələri dəyişirlər, təkrarlanmalara yol vermirlər və “donate”, “raise” kimi sözlər əvəzinə “help” və “support” sözlərindən istifadə edirlər.
Bununla yanaşı onlar hər yeni məktubda Durov-a yardım üçün nəzərdə tutulmuş vəsaitin yığılmasını təşkil edən təşkilatın adını dəyişirlər. Mütəxəssislərin sözlərinə əsasən dələduzlar dünyadakı vəziyyətə sürətlə reaksiya verirlər. Qeyd edilmiş bu dələduzluq sxemi Durov-un Fransada saxlanılması ilə bağlı ilk xəbərlərin ortaya çıxmalarından sonrakı gün artıq dələduzlar tərəfindən aktiv şəkildə istifadə edilməyə başladı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Tətbiqin yüklənmə sayı hal-hazırda yüksəlməyə davam edir. Pavel Durov-un Fransada saxlanılması hadisəsi messencerin məşhurluğuna və reytinqinə müsbət təsir göstərir.
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Telegram-ın yaradıcısı Pavel Durov-un 24 oktyabr tarixində Fransanın hüquq-mühafizə orqanları tərəfindən Paris hava limanında saxlanılmasından sonra ölkənin bir sıra dövlət strukturlarının saytları haker qruplaşmaları tərəfindən DDoS hücuma məruz qalıblar.
Android üçün olan yeni zərərli proqram təminatı bank kartları məlumatlarını oğurlayır
Android üçün olan yeni zərərli proqram təminatı bank kartları məlumatlarını oğurlayır
Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərinə hədəflənmiş yeni zərərli proqram təminatını aşkar ediblər.
Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
Telegram-ın qurucusu Pavel Durov, ona qarşı irəli sürülən ittihamlara görə Fransada saxlanılıb. Twitter-də isə bu mövzudakı hashtag-ların maraqlı şəkildə bloklandığı müşahidə edilib.
WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
WhatsApp-da iranlı hakerlərin hesabları bloklanıb
Meta şirkəti rəsmi şəkildə bildirib ki, o, WhatsApp-da iranlı hakerlər tərəfindən istifadə edilmiş hesabları bloklayıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!