Bir YouTuber, Tesla Cybertruck-ın təhlükəsizliyini test edərkən barmağını sındırıb! (VİDEO)
Digər
08.05.2024
Farid Pardashunas
Joe Fay adlı bir YouTuber, Tesla Cybertruck-un baqajı bağlanarkən barmağını arasına qoyaraq avtomobilin təhlükəsizlik xüsusiyyətinin olub-olmadığını yoxlayıb. Lakin bu testin nəticəsi heç də ürəkaçan olmayıb.
Belə ki, YouTuber, Cybertruck-un baqajı bağlanarkən barmağını arasına qoysa, nə baş verəcəyini sınaqdan keçirmək qərarına gəlib. Bu yaxınlarda paylaşılan videoda gələn sorğular əsasında onun bu testi həyata keçirdiyini və bir çox texnologiya ilə təchiz edilmiş Cybertruck-un bu kiçik, lakin çox vacib təhlükəsizlik xüsusiyyətinə sahib olub-olmadığını görürük.
Fay əvvəlcə kiçik bir çubuqla bu testi həyata keçirməyə başlayıb. Lakin avtomobilin baqajı heç bir reaksiya vermədən bağlanır və çubuğu qırır. YouTuber ikinci cəhdində barmağını baqaj qapısının arasına qoyur. Nəticədə isə Fay-ın barmağı izləyiciləri narahat edəcək şəkildə baqaj qapısının arasında qalaraq qırılır.
Daha öncələr də Fay eyni xüsusiyyəti sınaqdan keçirdiyi bir video paylaşmışdı. Həmin videoda o, əvvəlcə qolunu, sonra əlini və ən sonda isə barmağını baqaj qapısının arasına qoyaraq test edib. Hər bir testin sonunda Cybertruck-ın baqajı yaralanmanın qarşısını almaq üçün geri açılıb və sınaq uğurla nəticələnib. Fay yalnız barmaq testi zamanı bir az təzyiq hiss etdiyini və bunun ağrıtdığını bildirib.
İki video arasındakı fərq onun barmağını tutma tərzidir. Uğurla nəticələnən videoda o, barmağını havada saxlayır. Digər videoda isə barmağını baqajın kənar hissəsində tutur. Yəqin ki, Fay barmağını baqajın ən kənar hissəsində saxladığı üçün Cybertruck bunu aşkar etməyib və nəticədə bu narahatedici görüntülər ortaya çıxıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla-nın büdcəli elektromobilinin ilk real fotosu ortaya çıxıb
Tesla-nın büdcəli elektromobilinin ilk real fotosu ortaya çıxıb
Tesla şirkətinin aktiv şəkildə fəaliyyətə başlayan zamanlardan bəri Elon Musk-ın əsas hədəflərindən biri də büdcəli Tesla elektromobilini istehsal etmək olub.
Avtomobili avtopilot rejimində idarə edən yatmış Tesla sürücüsü polis tərəfindən saxlanılıb!
Avtomobili avtopilot rejimində idarə edən yatmış Tesla sürücüsü polis tərəfindən saxlanılıb!
İsveçdə baş verən çox maraqlı hadisədə Tesla sürücüsü avtomobilini avtopilota qoyaraq yuxuya gedib və 40 km yol getdikdən sonra polis tərəfindən saxlanılıb.
Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
Bir neçə müddət bundan öncə məlum oldu ki, Tesla şirkəti öz pilotsuz taksisini hazırlayacaq.
Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Tesla şirkəti özünün Model 3 elektromobilinin ən güclü versiyasını təqdim edib. Model 3-ün sözügedən versiyası Model 3 Performance adlanır.
NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
NVIDIA şirkətinin CEO-su Jensen Huang-ın fikrincə insana bənzər reobotlar yaxın gələcəkdə müxtəlif sahələrdə inqilab yaradaraq kütləvi məhsula çevriləcəklər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!