Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı
Digər
03.06.2024
Emil Nəcəfov
“Azercell Telekom” MMC-nin təşkilatçılığı, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin və “S.E.N.S.U.M by Amapola” şirkətinin dəstəyi ilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan 6-10 yaşlı bir qrup uşaq üçün tədbir baş tutdu. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həyata keçirilən layihə balacalara bayram əhvali-ruhiyyəsi yaşatmaqla yanaşı, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq və yaradıcılıq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına yönəlik xüsusi proqramla yadda qaldı.
Belə ki, uşaqlar tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fatehin təqdimatında Yusif Vəzir Çəmənzəminlinin “Əziz” və Əli Vəliyevin “Eyvazın yazısı” əsərləri ilə tanış oldular. Görüşdə balacalar üçün maarifləndirici oyunlar da təşkil edildi. Azercell tərəfindən həm tədbirdə iştirak edən, həm də adıçəkilən müəssisədə məskunlaşan digər uşaqlara hədiyyələr paylanıldı. Səsləndirilən kitablar “Bookmate” və “Litres” proqramlarına da yüklənildi.
Xatırladaq ki, mədəni irsin qorunub saxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell “Kitab Klubu” layihəsi çərçivəsində silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Tədbirlər müxtəlif yaş kateqoriyasına aid auditoriyanı əhatə edərək həm böyüklər, həm də balacalar üçün təşkil olunacaq. Layihə çərçivəsində regionlarda fəaliyyət göstərən uşaq evləri də ziyarət ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu
Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu
“Azercell Telekom” MMC, ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən edilib.
Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!
Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!
Layihə əhalinin internetdəki təhdidlər barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir
Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar
Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar
Bakıda Azercell-in baş sponsorluğu ilə keçirilən “GSMA M360 Eurasia 2024” başa çatdı
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi
Lider mobil operator beynəlxalq ictimaiyyət qarşısında daha dayanıqlı və yaşıl gələcək naminə gördüyü işlər haqqında danışdı
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!