Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar
Digər
23.05.2024
Emil Nəcəfov
Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda təşkil etdiyi “GSMA M360 Eurasia” konfransı yekunlaşdı. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə baş tutan tədbir bu il də Bakıda telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini bir araya topladı.
Tədbir çərçivəsində Azercell və GSMA-nın rəhbər heyəti arasında keçirilən görüşdə bu əməkdaşlığın prioritet istiqamətləri və yeni çərçivələri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları, bu istiqaməti əhatə edən əməkdaşlıq perspektivləri müzakirə edildi.
Görüş zamanı tərəflər arasında imzalanacaq yeni anlaşmanın detalları da qeyd olundu. Belə ki, bu saziş çərçivəsində Azercell əməkdaşları Beynəlxalq GSM Assosiasiyası tərəfindən mobil operatorlar üçün hazırlanmış xüsusi təlimlərdə iştirak edəcəklər. Bu da öz növbəsində şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına və ümumilikdə Azercell-in insan kapitalının inkişafına dəstək olacaq.
Həmçinin tərəflər iqlim fəaliyyəti ilə bağlı cari əməkdaşlıqlarının detallarını da müzakirə etdilər. Qeyd edək ki, COP29 çərçivəsində GSMA-nın iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulan Azercell digər qrup iştirakçıları ilə birgə mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmağa çalışır. Görüş zamanı şirkətin rəhbər heyəti bu istiqamətdə görüləcək işləri bir daha gündəmə gətirdi. Xatırladaq ki, Azercell GSMA-nın İqlim Fəaliyyətinin İşçi Qrupuna ötən ilin dekabr ayından üzv olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi
Lider mobil operator beynəlxalq ictimaiyyət qarşısında daha dayanıqlı və yaşıl gələcək naminə gördüyü işlər haqqında danışdı
“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu
“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu
Azercell-in ev saBu gün Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransına start verilib.hibliyi etdiyi konfrans Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirdi
“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!
“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!
Lider mobil operator 6-7-ci sinif şagirdlərini İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir
Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı
Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!