main-post-cover

    Yaxın gələcəkdə binalar artıq sementsiz tikilə biləcək!

    Elm & Texnologiya
    31.10.2024
    Farid Pardashunas

         Ənənəvi və 3D çapla tikilən strukturlar əsasən sement əsaslıdır, bu da qlobal CO₂ emissiyalarının 8%-ə səbəb olur. Buna alternativ olaraq, ekoloji cəhətdən təmiz Impact Printing üsulu ortaya çıxıb.

         Impact Printing sement yerinə təbiətdə bol miqdarda olan, aşağı karbonlu materiallardan istifadə edərək tikililəri daha davamlı hala gətirir. Impact Printing-in ən böyük xüsusiyyəti, sement ehtiyacını aradan qaldıraraq karbon izi az olan materiallardan istifadə etməsidir. Hal-hazırda, tikililərin davamlılığını artırmaq üçün 1-2% nisbətində mineral stabilizator əlavə edilir. Bu qatqı, sement qədər zərərli deyil və ənənəvi beton tikililərdən fərqli olaraq təkrar emala yararlıdır. Tədqiqatçılar uzunmüddətli hədəflərinin bu stabilizatorları da aradan qaldıraraq 100% qatqısız bir tikinti materialı istehsal etmək olduğunu bildirirlər.
         Bu üsulla inşa edilən hissələr gələcəkdə söküldükdə tullantıya çevrilmədən yeni tikililərdə istifadə edilə biləcək, yəni bu metod, dövri iqtisadiyyatı dəstəkləyən bir sistem təqdim edir. Texnologiyanın kommersiyalaşması üçün işlər sürətləndirilib.
         Tədqiqatçılar ilk növbədə prefabrik parça istehsal edəcək bir zavod qurmağı planlaşdırırlar. Beləliklə, bu ekoloji parçalar zavodda istehsal edilərək birbaşa tikinti sahələrinə göndəriləcək. İnkişaf etdirici komanda bu zavodu quraraq qarşıdakı 3 il ərzində bazara çıxmağı planlaşdırır. Sualları cavablandıran layihə rəhbəri, prefabrik metodun texnoloji cəhətdən hazır olduğunu və yeni bir tikinti dövrünün qapılarını araladığını vurğulayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Raket hissələrini 1 gündə çap edə bilən 90 tonluq 3D printer hazırlanıb!
    raket-hisselerini-bir-gunde-cap-ede-bilen-90-tonluq-3d-printer-hazirlanib
    Tədqiqatçılar dəri ilə şarj olan batareyasız cihazlar hazırlayıblar!
    tedqiqatcilar-deri-ile-sarj-olan-batareyasiz-cihazlar-hazirlayiblar
    Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
    tibbde-ilk-defe-olaraq-playstation-5-pultu-ile-emeliyyat-heyata-kecirilib-video
    İlk dəfə olaraq, elektrikli bir qayıq 600 km məsafədən idarə olunub!
    ilk-defe-olaraq-elektrikli-bir-qayiq-600-km-mesafeden-idare-olunub
    Yaxın gələcəkdə telefonları təyyarənin pəncərəsilə şarj etmək mümkün olacaq!
    yaxin-gelecekde-telefonlarimizi-teyyarenin-penceresile-sarj-etmek-mumkun-olacaq