main-post-cover

    Xiaomi-nin ilk elektromobilinin yeni keyfiyyətli fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    15.11.2023
    Emil Nəcəfov
         Avtomobil biznesinə daxil olmasının anonsundan təqribi olaraq 3 il sonra görünür, Xiaomi öz ilk elektromobilini təqdim etməyə hazırdır. Belə ki, verilmiş məlumata əsasən şirkət öz elektromobilinin satışları üçün nəzərdə tutulmuş lisenziyanın əldə olunması sorğusunu göndərib. Bununla yanaşı internetdə Xiaomi elektromobilinin keyfiyyətli render fotoları da ortaya çıxıb.
         Ortaya çıxmış render fotolardan belə qənaətə gəlmək olar ki, elektromobilin flaqman versiyası spoylerlərə və ön şüşə üzərində LiDAR-a sahib olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, elektromobilin bütün gövdəsi üzrə çoxlu sayda kamera yerləşəcək. Onlar elektromobilin pilotsuz idarəsi imkanından cavabdeh olacaqlar. Elektromobil Xiaomi SU7 adını əldə edəcək və 3 versiyada satılacaq. Xiaomi SU7, SU7 Pro SU7 Max. Elektromobilin kütləvi istehsalına gələn ay start veriləcəyi və gələn ayın fevral ayında satışa çıxacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Pad 7 Pro planşeti barəsində ilk məlumatlar verilib
    xiaomi-pad-7-pro-planseti-baresinde
    Redmi K70e-nin bəzi texniki göstəriciləri təqdim edilib
    redmi-k70e-nin-bezi-texniki-gostericileri-teqdim-edilib
    POCO M6 Pro 4G smartfonu təqdimata hazırlaşır
    poco-m6-pro-4g-smartfonu-teqdimata-hazirlasir
    Redmi K70 Pro-nun render fotoları təqdim edilib
    redmi-k70-pro-nun-render-fotolari-teqdim-edilib
    Redmi K70-in sahib olacağı kameralardan birinin hansı kamera olacağı məlum olub
    redmi-k70-in-sahib-olacagi-kameralardan-birinin-hansi-kamera-olacagi-melum-olub