ÜST antibiotiklərə dözümlü super bakteriyanın yayılmasından xəbər verib
Elm & Texnologiya
05.08.2024
Emil Nəcəfov
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ da daxil olmaqla dünyanın 16 ölkəsində Klebsiella pneumoniae (hvKp) adlı super bakteriyanın olduqca yoluxucu yeni təhlükəli ştamlarının ortaya çıxdıqları barəsində xəbər verib. Ortaya çıxmış ştamlar çoxlu sayda antibiotikə qarşı dözümlüdürlər. Bu isə onları dünya əhalisinin səhhəti üçün təhlükə mənbəyinə çevirir. Bakteriyanın yoluxuculuq səviyyəsi onun yayılmasının qlobal səviyyəyə yüksəlməsi şanslarını artırır. Klebsiella pneumoniae bakteriyasına ətraf mühitdə, boğazın yuxarı hissəsində insan və heyvanların mədə bağırsaq traktlarında tez-tez rast gəlinir.
Bu bakteriyanın klassik versiyası zəif immun sisteminə sahib insanlarda infeksiyalara səbəb olaraq ilk növbədə tibb müəssisələri üçün böyük təhlükə mənbəyi olduğu bir vaxtda bakteriyanın daha yoluxucu yeni ştamları alimlərdə böyük narahatlıq yaradırlar. Belə ki, yeni ştamlar hətta sağlam insanlarda belə ağır infeksiyalara səbəb ola bilərlər. Bu infeksiyalar sürətlə inkişaf edərək iltihablara yol aça və hətta ölümə səbəb ola bilərlər. Ən təəccüblüsü isə odur ki, həmin infeksiyalar müalicə olunmur. İlk əvvəl 1980-ci illərdə Asiya regionunda aşkar edilmiş hvKp ştamları müxtəlif antibiotiklərə həssas idilər.
Lakin həmin vaxtdan bakteriyanın ştamları bütün dünyaya yayılıblar və həm köhnə həm də yeni növ antibiotiklərə dözümlü olublar. Bura həmçinin karbepenem növünə daxil olan antibiotiklər də daxildirlər. Bu növ antibiotiklər adətən çoxlu sayda dərman preparatına dözümlü olan bakterial infeksiyalarla mübarizədə son həll üsulu hesab edilir. Bu fakt öz növbəsində hvKp-nin nə dərəcədə təhlükəli olduğunu sərgiləyir. ÜST tərəfindən təqdim edilmiş hesabat dünyanın 43 ölkəsindən əldə edilmiş məlumatlara əsaslanır. Həmin ölkələrdən 16-da isə hvKp-nin mövcudluğu təsdiqlənib. Mütəxəssislər hvKp-nin karbepenem növ antibiotiklərə qarşı dözümlü olan ştamlar halında yüksək yoluxuculuq və ölüm halları riskinin olduğunu qeyd ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!