main-post-cover

    Təqdim edilən yeni termonüvə cihazı ilə Günəşin temperaturundan daha yüksək temperatur əldə oluna bilib!

    Elm & Texnologiya
    26.04.2024
    Farid Pardashunas

         ABŞ-da yerləşən Zap Energy, Z pinch termonüvə cihazı ilə Günəşin temperaturunu keçdiyini və ənənəvi termonüvə cihazlarından çox daha ucuz və sadə bir şəkildə 37 milyon dərəcəyə çatdığını bildirib.

         İnsanların ilk dəfə termonüvə reaksiyaları yaratmasından keçən 90 il ərzində yalnız bir neçə termonüvə texnologiyası 10 milyon dərəcə Selsidən, yəni daha sadə dildə izah etsək, Günəş nüvəsinin temperaturundan daha yüksək temperatura malik elektron istiliyinə sahib plazma yarada bilib. Zap Energy-nin Z-pinch termonüvə cihazı bu uğuru nümayiş etdirənlərdən biridir və şirkət Günəşin temperaturunu aşan temperaturlara digər üsullardan daha sadə və daha ucuz yolla çata bildiyini ifadə edib.
         Bilməyənlər üçün isə qeyd edək ki, Z-pinch, termonüvə enerjisi tədqiqatlarında istifadə edilən tokamak və stellarator kimi bir plazma həbs üsuludur. Cənubi Koreya, böyük KSTAR Tokamak cihazı ilə Günəşin temperaturunun 7 qatına çatarkən, Z-pinch üsulu ilə plazmadan güclü elektrik cərəyanı keçirilərək maqnit sahəsi yaradılır və yaranan maqnit sahəsi Lorentz qüvvəsi sayəsində plazmanı sıxır. Ancaq bu metodun bəzi problemləri var. Digər tərəfdən, Zap Energy klassik Z-pinch metodundan fərqli olaraq "kəsilmiş cərəyanda stabilləşdirilmiş (SFS) Z-pinch" adlı xüsusi Z-pinch metodundan istifadə edir. Bu yolla daha stabil və effektiv bir termonüvə reaksiyası əldə etmək hədəflənir.
         SFS Z-pinch, xarici maqnitlərə və ya istilik sistemlərinə ehtiyac olmadan yalnız elektrik cərəyanı və plazmadan istifadə edərək, digər termonüvə reaktorlarına nisbətən daha kiçik və daha yığcam ölçüdə istilik birləşməsinə nail olmağa imkan verir. Bu ay "Physical Review Letters" jurnalında dərc olunan yeni bir araşdırma məqaləsi Zap Energy-nin "Fusion Z-pinch Experiment (FuZE)" cihazında temperaturun 11 ilə 37 milyon dərəcə Selsi arasında dəyişdiyini ortaya qoyur. Zap Energy-nin araşdırma və inkişaf üzrə vitse-prezidenti Ben Levitt, "Bunlar son dərəcə ciddi və dəqiq ölçmələrdir, lakin onlar ənənəvi termonüvə standartlarına uyğun olaraq son dərəcə təvazökar miqyaslı bir cihazda hazırlanmışdır" deyə qeyd edib.
         Birləşmə üçün lazım olan şəraitin yaradılmasındakı ilk addım, nüvələrin və elektronların atom kimi bir-birinə bağlanmadığı "maddənin dördüncü vəziyyəti" olan plazma yaratmaqdır. Məsələn, deyterium və tritium adlanan iki hidrogen formasından ibarət plazmanın sıxılması və qızdırılması onların nüvələrinin toqquşmasına və birləşməsinə səbəb olur. Bu baş verdikdə, birləşmə reaksiyaları eyni miqdarda kömür yandırmaqdan qram başına təxminən 10 milyon dəfə daha çox enerji buraxır. Bununla belə, ən böyük problem bu reaksiyaları başlatmaq üçün tələb olunan giriş enerjisindən daha çox çıxış enerji əldə etməkdir və eyni zamanda reaksiyanı sabit və davamlı saxlamaq lazımdır.
         Zap Energy-nin texnologiyası, böyük elektrik cərəyanlarının nazik plazma filamenti vasitəsilə istiqamətləndirildiyi Z-pinch kimi tanınan sadə plazma məhdudlaşdırma metoduna əsaslanır. Z-pinch termonüvəsi 1950-ci illərdən bəri sınaqdan keçirilsə də, yaxınlaşan plazmaların ömrünün qısa olması səbəbindən gündəmdə qalmamışdır. Zap Energy bu problemi SFS Z-pinch prosesi ilə həll etdiklərini bildirir. Şirkət fundamental problemi həll etsə də, sintez enerjisində son nəticəyə nail olmaq o qədər də asan deyil. Bəli, şirkət superkeçirici maqnit və ya lazer kimi üsullarla müqayisədə böyük qənaət əldə etməyi bacarsa da, yanacaq kimi istifadə etdiyi tritium (qramı təxminən 30.000 dollardır) heç də ucuz deyil. Lakin ümumilikdə, yenə də digər üsullardan daha ucuz olmağı bacarır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
    kosmik-gunes-elektrostansiyasinin-islek-prototipi-hazirlanib