Tədqiqatçılar, subnanometr çiplərinin istehsalı üçün yeni metod inkişaf etdiriblər!
Elm & Texnologiya
05.07.2024
Farid Pardashunas
Cənubi Koreyalı tədqiqatçılar, subnanometr yarımkeçirici məntiq sxemlərinin istehsalı üçün yeni bir metod inkişaf etdiriblər. Bu metodla, 1D materiallar böyüdülərək tranzistorun qapılarında istifadə edilib.
Elektrik və Elektronika Mühəndisləri İnstitutu (IEEE), yarımkeçirici istehsal texnologiyasının 2037-ci ilə qədər 12 nm tranzistor uzunluğu ilə təxminən 0.5 nm-ə çatacağını proqnozlaşdırsa da, IBS tədqiqatçıları, 1D MTB (mirror twin boundary) qapısının 3.9 nm-ə qədər kiçilə biləcəyini iddia edirlər.
Tədqiqatçılar bildirirlər ki, 1D MTB metal fazası, mövcud 2D yarımkeçiricinin kristal quruluşunu atom səviyyəsində idarə edərək onu 1D MTB-yə çevirməklə əldə edilib. Bunun həm materialşünaslıq, həm də yarımkeçirici texnologiyası baxımından əhəmiyyətli bir irəliləyiş olduğu bildirilir. Bundan əlavə, bildirilir ki, materialların sintezi üçün kristal strukturları süni şəkildə idarə etmək bu tərəqqinin açarıdır.
1D MTB əsaslı tranzistorlar, FinFET və ya GAA kimi müasir texnologiyalarla müqayisədə əhəmiyyətli üstünlüklərə malikdir. Tədqiqatçıların fikrincə, yeni tranzistorlar, sadə quruluşu və son dərəcə dar qapı eni sayəsində parazitar tutumunu minimuma endirir və nəticədə daha stabil işləyir. Tədqiqat qrupunun rəhbəri JO Moon-Ho, 1D MTB əsaslı tranzistorun gələcəkdə aşağı güclü və yüksək məhsuldar elektron cihazların inkişafında mühüm texnologiyaya çevriləcəyini bildirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Marsda yaşaya bilən səhra mamırı tapılıb!
Çində aparılan yeni araşdırmaya görə, Yer kürəsində həddindən artıq quraqlığa və soyuğa tab gətirə bilən səhra mamırı, Marsı yaşıl və yaşayış üçün əlverişli planetə çevirməyimizə kömək edə bilər.
Erkən kainatdakı kiçik ölçülü parlaq obyektlər alimlərdə çoxlu suallar yaradıblar
Erkən kainatdakı kiçik ölçülü parlaq obyektlər alimlərdə çoxlu suallar yaradıblar
Alimlər daha öncə erkən kainatda aşkar edilmiş kiçik ölçülü parlaq qırmızı obyektləri müşahidə etmək üçün James Webb kosmik teleskopundan istifadə ediblər.
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Çinli alimlər, diqqətəlayiq bir addım ataraq dünyada ilk dəfə insan beynilə idarə olunan robot hazırlamağa nail olublar.
Bennu asteroidi suya sahib planetdə formalaşmış ola bilər
Bennu asteroidi suya sahib planetdə formalaşmış ola bilər
2016-cı ilin sentyabr ayında NASA-nın OSIRIS-Rex adlı missiyası start götürmüşdü. Bu missiyanın əsas məqsədi Bennu adlı asteroiddən süxur nümunələrinin əldə olunması idi.
Cinayətkarların beyninə saxta xatirələr yerləşdiriləcəyi "gələcəyin həbsxanası" adlı konsept təqdim edilib! (VİDEO)
Cinayətkarların beyninə saxta xatirələr yerləşdiriləcəyi "gələcəyin həbsxanası" adlı konsept təqdim edilib! (VİDEO)
Gələcəyin həbsxanalarında cinayətkarlara strukturlaşdırılmış yaddaş implantları taxıla bilər. Cognify adlanan konsept, cinayətkarlara saxta xatirələr göstərməyi təklif edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ