Starship-in ilk orbital uçuşunun ikinci cəhdinə icazə verilib
Elm & Texnologiya
04.11.2023
Emil Nəcəfov
Elon Musk bir neçə həftəyə bütün problemləri həll edərək Starship-i ikinci dəfə Yer kürəsinin orbitinə göndərmək cəhdini reallaşdırmağı planlaşdırırdı. Lakin buna Nail olmaq mümkün olmadı. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Starship-i ilk dəfə aprel ayında Yer kürəsinin orbitinə göndərməyə cəhd etdi. Lakin Starship-in prototipi 40 km yüksəklikdə idarə edilməsi mümkün olmayan manevrlər reallaşdırmağa başladı və nəticədə şirkət məcbur qalaraq onu göydə partlatmalı oldu.
Həmin uçuş cəhdi zamanı raketin mühərrikləri start meydançasını ciddi şəkildə zədələmişdi. Lakin şirkət bu müddət ərzində mövcud problemləri həll etməyi bacardı. Nəticədə məlum olub ki, ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) Starship-in ikinci orbital uçuş cəhdinə icazə verib. SpaceX bir neçə ay ərzində məhz bu icazənin əldə edilməsini gözləyirdi. İndi isə Starship-in ilk orbital uçuşunun ikinci cəhdinin yaxın zamanda baş tutacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
SpaceX gələn il üçün 144 kosmik uçuş missiyası reallaşdırmağı hədəfləyib
SpaceX gələn il üçün 144 kosmik uçuş missiyası reallaşdırmağı hədəfləyib
SpaceX şirkəti 2024-cü ildə kosmosa çoxlu sayda raket göndərməyi planlaşdırır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!