Snapdragon 8 Gen 4 prosessoru yüksək tezlikdə çalışma potensialına sahibdir
Elm & Texnologiya
04.03.2024
Emil Nəcəfov
İnsayderlər Qualcomm tərəfindən hazırlanan Snapdragon 8 Gen 4 flaqman prosessorunun performansı barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən bu yeni flaqman prosessor yüksək çalışma tezliyinə sahibdir. Bu isə onu Snapdragon X Elite desktop prosessoru ilə eyni səviyyəyə yüksəldir. Lakin prosessorun yüksək tezlikdə çalışmasının mənfi cəhəti də var. İnsayderlər bildiriblər ki, Snapdragon 8 Gen 4-ün test nümunəsinin çalışma tezliyi 4.30 GHz-ə kimi yüksələ bilir və bu halda prosessorun enerji sərfiyyatı 10 vatt təşkil edir.
Lakin prosessor bu tezlikdə uzun müddət ərzində çalışa bilmir. Belə ki, onda yüksək temperatur artımı müşahidə olunur. Məlumatda qeyd edilib ki, prosessor daha stabil şəkildə 3.80 GHz tezlikdə çalışa bilir. Bu isə Apple A17 Pro və Snapdragon X Elite prosessorlarının göstəriciləri ilə eynidir. Məlumata əsasən Snapdragon 8 Gen 4-ün daha yüksək tezlikdə çalışmasını təmin etmək mümkündür. Lakin bunun üçün maye soyutma sistemindən istifadə etmək lazım gələcək. Smartfon istehsalçıları isə bu cür addımı atmaq niyyətində deyillər. Belə ki, maye soyutma sistemi smartfonların satış qiymətlərinin yüksəlməsinə səbəb olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon X Elite prosessoruna sahib yeni Lenovo noutbuku Geekbench testlərindən keçib
Snapdragon X Elite prosessoruna sahib yeni Lenovo noutbuku Geekbench testlərindən keçib
Qualcomm şirkəti noutbuklar üçün nəzərdə tutulmuş Snapdragon X Elite adlı desktop prosessorunu keçən ilin oktyabr ayında Sapdragon 8 Gen 3 ilə birlikdə təqdim etmişdi.
Snapdragon 8 Gen 4 flaqman prosessorunun hazırlanma mərhələsi gələn ay yekunlaşacaq
Snapdragon 8 Gen 4 flaqman prosessorunun hazırlanma mərhələsi gələn ay yekunlaşacaq
Dünən Qualcomm şirkətinin icraçı direktoru rəsmi şəkildə təsdiqlədi ki, Snapdragon Summit 2024 tədbiri bu ilin oktyabr ayında baş tutacaq.
Qualcomm Snapdragon 8 Gen 4 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlum olub
Qualcomm Snapdragon 8 Gen 4 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlum olub
Qualcomm şirkəti hal-hazırda aktual olan Snapdragon 8 Gen 3 flaqman prosessorunu keçən ilin oktyabr ayında təqdim etmişdi.
Snapdragon 7+ Gen 3 prosessorunun texniki özəllikləri barəsində məlumat verilib
Snapdragon 7+ Gen 3 prosessorunun texniki özəllikləri barəsində məlumat verilib
Qualcomm şirkəti Snapdragon 7+ Gen 3 adlı yeni orta səviyyəli prosessorunu təqdim etməyə hazırlaşır.
Snapdragon X80 5G modemi təqdim edilib
Snapdragon X80 5G modemi təqdim edilib
Qualcomm şirkəti smartfonlar, avtomobillər və s. cihazlar üçün nəzərdə tutulmuş yeni 5G modemini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!