main-post-cover

    Snapdragon 8 Gen 3 və Dimensity 9400 prosessorları neçə nanometrlik olacaqlar?

    Elm & Texnologiya
    27.11.2023
    Emil Nəcəfov
         Qualcomm MediaTek şirkətləri artıq gələn il öz növbəti flaqman prosessorlarını təqdim edəcəklər. Söhbət, Snapdragon 8 Gen 4Dimensity 9400-dən gedir. Tayvanın kütləvi informasiya vasitələrinin vermiş olduqları yeni məlumata əsasən sözügedən şirkətlər növbəti flaqman prosessorlarını TSMC şirkətinin N3E adlı 3 nanometrlik texnoloji prosesi əsasında istehsal edəcəklər. Bu o deməkdir ki, Qualcomm şirkəti ənənəyə sadiq qalaraq Samsung-un texnoloji prosesindən istifadə etməyəcək. Qeyd etmək lazımdır ki, Qualcomm prosessor istehsalı mövzusunda sonuncu dəfə Samsung ilə Snapdragon 888 Snapdragon 8 Gen 1 prosessorları zamanında əməkdaşlıq etmişdi. Nəticədə gələn il Samsung çox güman ki, yalnız Google şirkətinin sifarişini yerinə yetirəcək. Söhbət, Google Pixel 9 smartfonlarında istifadə ediləcək yeni Tensor G prosessorundan gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek Dimensity 8300 prosessoru təqdim edilib
    mediatek-dimensity-8300-prosessoru-teqdim-edilib
    MediaTek Dimensity 8300 prosessorunun bəzi texniki imkanları ortaya çıxıb
    mediatek-dimensity-8300-prosessorunun-bezi-texniki-imkanlari-ortaya-cixib
    Snapdragon 7 Gen 3 prosessoru hansı brendlərin smartfonlarında istifadə ediləcək?
    snapdragon-7-gen-3-prosessoru-hansi-brendlerin-smartfonlarinda-istifade-edilecek
    Qualcomm Snapdragon 7 Gen 3 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib
    qualcomm-snapdragon-7-gen-3-adli-yeni-orta-seviyyeli-prosessorunu-teqdim-edib
    MediaTek Dimensity 8300 prosessorunun təqdimatı anons edilib
    mediatek-dimensity-8300-prosessorunun-teqdimati-anons-edilib