main-post-cover

    Snapdragon 7s Gen 3 bahalı olmayan smartfonlar üçün gaming istiqamətli prosessor olacaq

    Elm & Texnologiya
    20.08.2024
    Emil Nəcəfov
         Qualcomm şirkəti yaxın zamanda Snapdragon 7s Gen 3 prosessorunu təqdim etməlidir. Evan Blass adlı məşhur insayder isə öz növbəsində sözügedən prosessorun özəlliklərini özündə birləşdirən fotonu təqdim edib. Gözləntilərə əsasən bu yeni prosessor Snapdragon 7 Gen 3-ün bir qədər sadələşdirilmiş versiyası olacaq. Beləliklə insayder tərəfindən təqdim edilmiş fotoya əsasən prosessor özündə 20% daha sürətli CPU-nu və 40% daha sürətli GPU-nu birləşdirəcək.
         Bununla yanaşı yeni prosessorun süni zəka ilə bağlı əməliyyatlar çərçivəsində çalışma performansı 30% yüksələcək və onun enerji sərfiyyatı 12% aşağı düşəcək. Güman olunur ki, fotodakı müqayisə keçən ilki Snapdragon 7s Gen 2 prosessoru ilədir. Fotoda həmçinin qeyd edilib ki, Snapdragon 7s Gen 3 prosessoru kadrların generasiyası və qrafik çipə yüklənmənin aşağı salınması üçün nəzərdə tutulmuş Adreno Frame Motion Engine texnologiyasının dəstəyinə sahib olacaq. Bu texnologiya mobil oyunlarda kadr tezliyini 60 fps-dən 120 fps-ə yüksəldə bilir. Yeni prosessorun digər özəllikləri arasında Bluetooth 5.4-ün və həcmli səslənmənin dəstəyi var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 8 Gen 4 prosessoru iki versiyada istehsal ediləcək
    snapdragon-8-gen-4-prosessoru-iki-versiyada-istehsal-edilecek
    Snapdragon 8 Gen 4 prosessoru Geekbench testlərindən keçib
    snapdragon-8-gen-4-prosessoru-geekbench-testlerinden-kecib
    Qualcomm giriş seqmentli smartfonlar üçün yeni Snapdragon 4s Gen 2 prosessorunu təqdim edib
    qualcomm-giris-seqmentli-smartfonlar-ucun-yeni-snapdragon-4s-gen-2-prosessorunu-teqdim-edib
    Snapdragon 8 Gen 4 prosessoru olduqca yüksək enerji effektivliyinə sahib olacaq
    snapdragon-8-gen-4-prosessoru-olduqca-yuksek-enerji-effektivliyine-sahib-olacaq
    Qualcomm-un təqdimata hazırlaşan Snapdragon 7s Gen 3 prosessoru Geekbench testlərindən keçib
    qualcomm-un-teqdimata-hazirlasan-snapdragon-7s-gen-3-prosessoru-geekbench-testlerinden-kecib