Orta büdcəli smartfonlar üçün MediaTek Dimensity 8250 prosessoru təqdim edilib
Elm & Texnologiya
13.05.2024
Emil Nəcəfov
MediaTek şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Şirkətin yeni prosessoru Dimensity 8250 adlanır. 4 nanometrlik texnoloji proses əsasında hazırlanmış Dimensity 8250 prosessoru özündə 8 nüvəni birləşdirir. Nüvələr “1+3+4” sxemi üzrə yerləşiblər. Yəni Dimensity 8250 prosessoru özündə 3.1 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A78 nüvəsini, 3 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A78 nüvəsini və 2.0 Ghz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir. Prosessorun L3 keş yaddaşının həcmi 4 MB təşkil edir.
MediaTek-in bu yeni orta səviyyəli prosessoru LPDDR5 standartlı RAM yaddaşlarını və UFS 3.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Prosessorda qrafik imkanlardan ARM Mali-G610 MC6 çipi, süni zəka hesablamalarından isə MediaTek APU 580 çipi cavabdehdir. Dimensity 8250 prosessoru 120 Hz-lik təsvir yenilənməsinə sahib WQHD keyfiyyətli ekranlar ilə 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 320 MP-ə kimi kameraları, Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarını, o cümlədən 5G-ni dəstəkləyir. Bəzi məlumatlara əsasən Dimensity 8250 prosessorunu ilk əldə edəcək smartfon OPPO Reno 12 ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MediaTek Dimensity 9300 Plus flaqman prosessoru təqdim edilib
MediaTek Dimensity 9300 Plus flaqman prosessoru təqdim edilib
MediaTek şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni flaqman prosessorunu təqdim edib. Söhbət, keçən il təqdim edilmiş Dimensity 9300 prosessorunun təkmilləşdirilmiş versiyası olan Dimensity 9300 Plus-dan gedir.
MediaTek Dimensity 9400 prosessoru Apple A17 Pro və Snapdragon 8 Gen 4 ilə rəqabət aparacaq
MediaTek Dimensity 9400 prosessoru Apple A17 Pro və Snapdragon 8 Gen 4 ilə rəqabət aparacaq
MediaTek şirkəti bu ilin ikinci yarısında Dimensity 9400 adlı yeni flaqman prosessorunu təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu yeni flaqman prosessor barəsində növbəti məlumatları təqdim edib.
MediaTek Dimensity 9300 Plus flaqman prosessorunun təqdimatı anons edilib
MediaTek Dimensity 9300 Plus flaqman prosessorunun təqdimatı anons edilib
MediaTek şirkəti yeni flaqman prosessorunun təqdimatına hazırlaşır. Şirkət yeni flaqman prosessorunun nə zaman təqdim olunacağını da açıqlayıb.
MediaTek büdcəli smartfonlar üçün Dimensity 6300 adlı yeni prosessorunu təqdim edib
MediaTek büdcəli smartfonlar üçün Dimensity 6300 adlı yeni prosessorunu təqdim edib
MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib.
MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub
MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub
MediaTek şirkəti bu il öz yeni flaqman prosessorunu təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!