main-post-cover

    OPPO Pad Air 2 planşeti təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    23.11.2023
    Emil Nəcəfov
         OPPO şirkəti Reno 11 smartfon seriyası ilə yanaşı həmçinin OPPO Pad Air 2 planşetini də təqdim edib. Təqdim edilmiş bu yeni planşet xarici görünüşcə OnePlus Pad Go-ya bənzəyir. OPPO Pad Air 2 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2.4K keyfiyyətli 11.35 düym IPS LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini (1 TB-a kimi microSD dəstəkli), 8 MP-lik arxa kameranı, 8 MP-lik ön kameranı və 33 vatt gücündə sürətli şarj tenxologiyalı 8000 mAh enerji tutumlu batareyanı birləşdirir. Planşet həmçinin Dolby Atmos dəstəkli 4 ədəd stereo səsgücləndiriciyə sahibdir. OPPO Pad Air 2 planşeti 25 noyabr tarixində Çində satışa çıxacaq və onun qiyməti 185$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Reno 11 və Reno 11 Pro təqdim olunub - QİYMƏTİ
    oppo-reno-11-ve-reno-11-pro-teqdim-olunub-qiymeti
    OPPO Pad Air 2 planşetinin satış qiymətləri məlum olub
    oppo-pad-air-2-plansetinin-satis-qiymetleri-melum-olub
    OPPO Find X7-nin əldə edəcəyi kameralar məlum olub
    oppo-find-x7-nin-elde-edeceyi-kameralar-melum-olub
    OPPO Pad Air 2 planşetinin render fotoları təqdim edilib
    oppo-pad-air-2-plansetinin-render-fotolari-te
    OPPO Reno 11-in bəzi özəllikləri AnTuTu testləri sayəsində təsdiqlənib
    oppo-reno-11-in-bezi-ozellikleri-antutu-testleri-sayesinde-tesdiqlenib