main-post-cover

    NVIDIA GeForce RTX 5070 və RTX 5070 Ti videokartlarının bəzi texniki göstəriciləri açıqlanıb

    Elm & Texnologiya
    25.12.2024
    Emil Nəcəfov
         İnsayderlər NVIDIA şirkətinin yaxın zamanda təqdim edəcəyi GeForce RTX 5070 RTX 5070 Ti videokartlarının özəllikləri barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən RTX 5070 videokartı 12 GB-lıq VRAM ilə 192 bit-lik yaddaş şinini (qrafik prosessorla videokart yaddaşını birləşdirən bir növ yol) əldə edəcək. Videokartda qrafik çip qismində isə GB205-300-A1 çıxış edəcək. Bu qrafik çip özündə 6144 ədəd CUDA nüvəsini birləşdirir.
          Videokartın enerji sərfiyyatı isə 250 vatt təşkil edəcək. Gözləntilərə əsasən RTX 5070 modeli oyunlarda əsasən Full HD görüntü keyfiyyətinə istiqamətlənəcək. RTX 5070 Ti videokartına gəldikdə isə o, GDDR7 standartlı 16 GB-lıq VRAM ilə 256 bit-lik yaddaş şinini əldə edəcək. Bu videokartda qrafik çip qismində GB203-300-A1 çıxış edəcək. Sözügedən qrafik özündə 8960 ədəd CUDA nüvəsini birləşdirir. RTX 5070 Ti modelinin enerji sərfiyyatı isə 300 vatt təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA GeForce RTX 50 videokartlarından ilk hansının satışa çıxacağı məlum olub
    nvidia-geforce-rtx-50-videokartlarindan-ilk-hansinin-satisa-cixacagi-melum-olub
    NVIDIA GeForce RTX 50 videokartlarının noutbuklar üçün olan versiyaları barəsində məlumatlar ortaya çxıb
    nvidia-geforce-rtx-50-videokartlarinin-noutbuklar-ucun-olan-versiyalari-baresinde-melumatlar-ortaya-cxib
    GeForce RTX 5090 videokartı olduqca böyük ölçülü olacaq
    geforce-rtx-5090-videokarti-olduqca-boyuk-olculu-olacaq
    NVIDIA GeForce RTX 5060 və RTX 5060 Ti videokartları barəsində bəzi məlumatlar ortaya çıxıb
    nvidia-geforce-rtx-5060-ve-rtx-5060-ti-videokartlari-baresinde-bezi-melumatlar-ortaya-cixib
    NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının təqdimat tarixini elan edib
    nvidia-sirketi-geforce-rtx-50-videokart-seriyasinin-teqdimat-tarixini-elan-edib