main-post-cover

    Nissan, yay aylarında avtomobilin isinməsinin qarşısını alacaq "soyuq boya" texnologiyası hazırlayıb!

    Elm & Texnologiya
    08.08.2024
    Farid Pardashunas

         Nissan, Radi-Cool ilə əməkdaşlıq edərək, avtomobillərin qızmar yay temperaturlarına qarşı istiləşməsinin qarşısını alan boya hazırlayıb. Yeni boya texnologiyası ilə avtomobilin salonunu soyutmaq indi daha mümkün hal kimi görünür.

         Nissan, xarici havada temperaturu 12°C-ə qədər azalda bilən innovativ avtomobil boyası hazırlayıb. Yeni boya, günəş işığına davamlıdır və infraqırmızı şüaları əks etdirərək avtomobilləri daha soyuq saxlayır. Baxmayaraq ki, boya hazırda kommersiya baxımından əlverişli olmaqdan uzaqdır, lakin yaxın gələcəkdə onun kütləvi istehsala təqdim edilməsi nəzərdə tutulur. Nissan, əslində 2023-cü ilin noyabrında Tokio Beynəlxalq Hava Terminalında Nissan NV100 xidmət avtomobillərində soyuq boyanı sınaqdan keçirməyə başlamışdı. Boya, günəşdə park edilmiş avtomobillərdə xarici səthin temperaturunu 12°C, daxili temperaturu isə 5°C azalda bilib. Bu soyutma effekti ona görə mümkün olub ki, boyada istifadə olunan metamateriallar, yaxın infraqırmızı şüaları əks etdirir və günəş işığına cavab olaraq elektromaqnit dalğaları yaradır.
         Nissan Araşdırma Mərkəzi Qabaqcıl Materiallar və Emal Laboratoriyasından Dr. Susumu Miura və komandası, avtomobil boyasını daha incə və kommersiya baxımından əlverişli etmək üçün işlərini davam etdirir. Boya hazırda tipik avtomobil boyasından 6 dəfə qalındır və kommersiya istifadəsinə keçid üçün əhəmiyyətli maneə yaradır. Bununla belə, Miura hesab edir ki, bu yeni texnologiya bir gün müxtəlif rənglərdə olan xüsusi sifarişlər üçün təqdim oluna bilər və xüsusilə uzun müddət kənarda işləyən kommersiya avtomobilləri üçün böyük potensiala malikdir.
         Nissan, belə soyutma texnologiyaları üzərində işləyən yeganə şirkət deyil. Purdue Universitetindən bir qrup, 2022-ci ildə 97.9% günəş işığını əks etdirən ağ boya hazırlamışdı. Toyota kimi digər avtomobil istehsalçıları da passiv soyuducu xarici boyalar üzərində işləyirlər. Bu yenilikçi yanaşmalar avtomobil sənayesində enerji səmərəliliyi və davamlılıq üçün mühüm addımların atıldığını göstərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
    elektrikle-isleyen-avtomobiller-ilk-defe-olaraq-elektrik-sebekesini-kesinti-zamani-enerji-ile-temin-edibler
    Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
    toyota-nissan-ve-honda-yeni-nesil-avtomobiller-ucun-guclerini-birlesdirir
    Nissan gələcəyin elektromobil konseptini sərgiləyib
    nissan-geleceyin-elektromobil-konseptini-sergileyib
    Nissan şirkəti Yaponiyada pilotsuz taksi servisi yaradacaq
    nissan-sirketi-yaponiyada-pilotsuz-taksi-servisi-yaradacaq
    Nissan Skyline seriyasında iki elektromobil hazırlayacaq
    nissan-skyline-seriyasinda-iki-elektromobil-hazirlayacaq