main-post-cover

    Neuralink-in beyin çipini əldə etmiş ilk şəxs artıq fikir gücü vasitəsilə virtual şahmat oynayır (VİDEO)

    Elm & Texnologiya
    27.03.2024
    Emil Nəcəfov
         Elon Musk-ın Neuralink şirkəti yanvar ayında öz beyin çipini ilk pasientə implantasiya etdi. Neuralink-in beyin çipi sayəsində pasient mouse ikonunu fikir gücü vasitəsilə kompüter ekranında hərəkət etməyi öyrəndi. İndi isə Neuralink tərəfindən təqdim edilmiş videolardan da görmək olar ki, beyin çipini əldə etmiş şəxs yeni imkanları əldə edə bilib. Belə ki, pasient fikir gücü vasitəsilə virtual şahmat və “Mario Kart” oyununu oynaya bilir. X-də (keçmiş Twitter) təqdim edilmiş videodan məlum olub ki, Neuralink-in beyin çipini əldə etmiş ilk şəxs 29 yaşlı Noland Arbaugh-dur. O, 8 il bundan öncə onurğa beyni travması alaraq hərəkət etmə imkanından tamamilə məhrum olub. Noland-ın sözlərinə əsasən o, əlləri ilə ayaqlarını hərəkət etdirə bilmir və bədəninin çiyinlərindən aşağı hissəsini hiss etmir.
         Noland bildirib ki, o, beyin çipinin implantasiyası əməliyyatından çox rahatlıqla keçib və hətta əməliyyatdan bir gün sonra artıq evə buraxılıb. Beyin çipini əldə edəndən sonra Noland öz imkanlarını ilk olaraq “Civilization VI” və virtual şahmat oyunlarında sınayıb. Lakin nəticədə o, daha çox virtual şahmata üstünlük verib. O öz fikir gücü vasitəsilə virtual şahmatın oynanılması prosesindən o qədər həzz alıb ki, hər dəfə beyin implantının batareyasının şarj olunmasını səbrsizliklə gözləyib. Qeyd etmək lazımdır ki, Neuralink-in beyin implantı bir dəfə şarj olunandan sonra bir neçə saat ərzində çalışa bilir. Daha sonra isə onu naqilsiz şarj texnologiyası vasitəsilə şarj etmək lazım gəlir.
         Gözləntilərə əsasən beyin çipinin final versiyası pasientin yuxuda olduğu zaman şarj olunacaq. Müəyyən müddət sonra Neuralink şirkəti Noland-ın iştirakı ilə xüsusi tədbir keçirib. Keçirilmiş tədbir çərçivəsində Noland bildirib ki, beyin çipi ona özünü fiziki məhdudiyyətli deyil, adi insan kimi hiss etdirməyə yardımçı olub. Təqdim edilmiş videonun müəyyən hissəsində görmək olar ki, 29 yaşlı Noland Neuralink-in beyin çipi vasitəsilə fikir gücündən istifadə edərək “Mario Kart” oyununu oynaya bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Neuralink-in beyin çipini əldə etmiş ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə etməyi öyrənib
    nuralink-in-beyin-cipini-elde-etmis-ilk-pasient-fikir-gucu-vasitesile-mouse-isaresini-idare-etmeyi-oyrenib
    Neuralink öz çipini ilk dəfə insan beyninə implantasiya edib
    neuralink-oz-cipini-ilk-defe-insan-beynine-implantasiya-edib