main-post-cover

    NASA Saturnun peyki Titana avtomobil ölçüsündə dron endirəcək

    Elm & Texnologiya
    22.04.2024
    Farid Pardashunas
         NASA Dragonfly adlı pilotsuz uçuş missiyası çərçivəsində Saturn planetinin ən böyük peyki olan Titana avtomobil ölçüsündə dron endirməyi planlaşdırır. Dronun Yer kürəsindən 2028-ci ildə göndəriləcəyi, Titana enişinin isə 2034-cü ildə baş tutacağı gözlənilir. Dragonfly komandasının bir hissəsi qismində çıxış edən Lockhead Martin şirkətinin təqdim etmiş olduğu videoya əsasən kosmik gəmi planlaşdırılan dronu Titanın səthinə çatdıracaq.
         Daha sonra isə dron pilotsuz uçuş aparatının rotorları vasitəsilə Titanın səthinə endiriləcək. Eniş prosesi mütəxəssislər tərəfindən distant şəkildə idarə olunacaq. Bu, Perseverance aparatının Marsa enişinə bənzəyəcək. Titan peyki Yer kürəsinin erkən halına bənzədiyi üçün alimlərdə böyük maraq oyadır. Dragonfly missiyası isə bu peyk barəsində təsəvvürləri genişləndirməklə yanaşı kosmosun müşahidəsi mövzusunda böyük addım olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!
    nasa-dunyanin-en-suretli-komputerinden-istifade-ederek-marsa-enis-goruntulerini-simuliyasiya-edib
    Yupiterin peyki İonun yeni fotoları təqdim edilib
    yupiterin-peyki-ionun-yeni-fotolari-teqdim-edilib
    Yaxın günlərdə potensial təhlükəli asteroid Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq
    yaxin-gunlerde-potensial-tehlukeli-asteroid-yer-kuresine-maksimal-mesafede-yaxinlasacaq
    Marsda qədim gölün mövcudluğuna dair sübutlar əldə edilib
    marsda-qedim-golun-movcudluguna-dair-subutlar-elde-edilib
    Ingenuity pilotsuz uçuş aparatı Marsdakı missiyasını yekunlaşdırdı
    ingenuity-pilotsuz-ucus-aparati-marsdaki-missiyasini-yekunlasdirdi