main-post-cover

    MediaTek Dimensity 9400 prosessoru ray tracing texnologiyasını yüksək performansda sərgiləyəcək

    Elm & Texnologiya
    28.08.2024
    Emil Nəcəfov
         MediaTek şirkəti Dimensity 9400 adlı yeni flaqman prosessorunun təqdimatına aktiv şəkildə hazırlaşır. Bu yeni prosessor artıq oktyabr ayında təqdim edilə bilər. Bu yeni prosessor smartfonlarda yüksək performansı təmin etməlidir. İndi isə Ice Universe ləqəbli məşhur insayder bildirib ki, Dimensity 9400 prosessorunda olacaq ray tracing texnologiyasının performans səviyyəsi kompüterlərdəki ray tracing texnologiyasının performans səviyyəsi ilə eyni olacaq.
        İnsayderin sözlərinə əsasən keçən ilki Dimensity 9300 ilə müqayisədə təqdim ediləcək Dimensity 9400-dəki ray tracing texnologiyasının performans səviyyəsi 20% yüksəlib. Buna isə kompüterlərdə NVIDIA-nın istifadə edilən Opacity Micro-Maps adlı texnologiyası hesabına nail olmaq mümkün olub. Digital Chat Station ləqəbli digər məşhur insayderin sözlərinə əsasən Dimensity 9400-ün qrafik çipi 3D Mark testlərində Snapdragon 8 Gen 3 ilə müqayisədə 30% daha yaxşı nəticələr sərgiləyir. Bununla belə yeni prosessor bu testlərdə 40% daha az enerji sərfiyyatına sahib olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek şirkəti Dimensity 7300 Energy adlı yeni prosessor üzərində çalışır
    mediatek-sirketi-dimensity-7300-energy-adli-yeni-prosessor-uzerinde-calisir
    MediaTek Dimensity 9400 prosessoru yüksək performansa və aşağı enerji sərfiyyatına sahib olacaq
    mediatek-dimensity-9400-prosessoru-yuksek-performansa-ve-asagi-enerji-serfiyyatina-sahib-olacaq
    Büdcəli smartfonlar üçün MediaTek Helio G100 prosessoru təqdim edilib
    budceli-smartfonlar-ucun-mediatek-helio-g100-prosessoru-teqdim-edilib
    MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdimata hazırlaşır
    mediatek-dimensity-8400-subflaqman-prosessoru-teqdimata-hazirlasir
    Büdcəli smartfonlar üçün MediaTek Dimensity 7350 prosessoru təqdim edilib
    budceli-smartfonlar-ucun-mediatek-dimensity-7350-prosessoru-teqdim-edilib