Mars həyat üçün münbit şəraitini necə itirib?
Elm & Texnologiya
09.10.2024
Emil Nəcəfov
Alimlərin Marsda mümkün həyat növü barəsində təsəvvürləri bu planetin müşahidə dövrü ərzində dəfələrlə dəyişib. İlk zamanlarda Mars həyat üçün münbit şəraitə sahib olmayan səhralıq hesab edilirdi. Lakin daha sonra aydın oldu ki, sözügedən planetdə bizə məlum bioloji həyat növü son bir neçə milyard il ərzində mümkün olmayıb. Daha uzaq keçmişdə isə planetdə bioloji həyat növü mümkün olmuş ola bilər. İndi isə mütəxəssislər potensial bioloji həyat növünün necə məhv olmasından danışıblar. Marsın uzun illər ərzində müşahidəsi və onun coğrafiyası ilə süxur nümunələrinin distant şəkildə analizləri belə bir qənaətə gəlməyə imkan verirlər ki, təqribi olaraq 4 milyard il bundan öncə Mars səthi kiçik ölçülü okeanlardan, göllərdən və çaylardan təşkil edilib.
Lakin daha sonra planetin iqlimi ani olaraq dəyişməyə başlayıb. NASA-nın Curiosity aparatının 154 km-lik enə sahib Gale adlı kraterindəki yeni kəşfləri iqlim dəyişikliyi zamanı planetdə nələrin baş verməsindən və onun iqliminin hansı vəziyyətə gəlməsindən xəbər veriblər. Məlumat üçün qeyd etmək lazımdır ki, Gale adlı krater 3.5-3.8 milyard il bundan öncə həmin əraziyə düşmüş meteor səbəbilə formalaşıb. Kraterin dərin hissəsindən əldə edilmiş süxur nümunələrinin Curiosity aparatı tərkibində olan təchizat vasitəsilə analiz edilməsi nəticəsində məlum olub ki, uzaq keçmişdə Gale kraterində su mövcud olub.
Bir qayda olaraq həmin yerdə rütubətli mühit üçün xarakterik olan minerallar formalaşıb. Buna misal olaraq gili, sulfatları və karbonatları gətirmək olar. İqlim dəyişikliklərinin qiymətləndirilməsi nöqteyi nəzərdən bunların arasında ən dəyərlisi karbon və oksigen vasitəsilə formalaşan karbonatlar hesab edilir. Yüngül atom izotopları atmosferdə buxarlanır, ağır atom izotopları isə səthdə qalırlar. Nəticə birinin və digərinin nisbətinə əsasən iqlim barəsində təsəvvürləri formalaşdırmaq olar. “Gale kraterində aşkar edilmiş karbonatların izotopları ekstremal həcmdə buxarlanmaya işarə edirlər. Beləliklə güman etmək olar ki, bu karbonatlar çox güman ki, müəyyən müddət ərzində suyu maye şəklində saxlaya bilmiş iqlim mühitində formalaşıblar” - deyə NASA mütəxəssisləri qeyd ediblər.
Karbonatların vəziyyətlərinə əsasən söyləmək olar ki, nə vaxtsa həyat üçün münbit şəraitə sahib olmuş Mars eyni anda iki proses çərçivəsində və ya iki prosesdən hər birində ayrı-ayrılıqda bu münbit şəraitini itirməyə başlayıb. İlk növbədə planetdə rütubətin periodik buxarlanması halları yaşanıb. Daha sonra su buza çevrilməyə başlayıb və buxarlanma prosesi nəticəsində buz yüksək miqdarda duzlanmaya məruz qalıb. Belə şəraitdə isə bizə məlum olan heç bir bioloji həyat növü sağ qala bilməzdi. Hətta bakteriyalar da. Mümkün bioloji həyat növünün axtarışı mövzusunda yeganə alternativ variant kimi Marsın səthaltı sahəsinin analizi qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
Netflix-in "3 Bədən Problemi" serialındakı sistem kimi 3 ulduzdan ibarət bir sistem kəşf edilib. NASA-nın məlumatına görə, ulduzların təxminən milyonlarla il sonra birləşərək partlayacağı gözlənilir.
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
James Webb Kosmik Teleskopu 3.6 milyard işıq ili uzaqlıqdakı inanılmaz bir hadisəni görüntüləyib. Supernovanın 3 fərqli anı tək bir kadrda əks olunub.
80.000 ildən bir görülən komet, Beynəlxalq Kosmik Stansiyadan görüntülənib! (VİDEO)
80.000 ildən bir görülən komet, Beynəlxalq Kosmik Stansiyadan görüntülənib! (VİDEO)
NASA astronavtlarından Matthew Dominick, C/2023 A3 və ya suchinshan–ATLAS kimi tanınan kometin (quyruqlu ulduz) videosunu çəkib. Ortaya çıxan görüntülər isə valehedici alınıb.
Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
Çin, 2030-cu ilə qədər Ayın səthinə astronavt göndərmək üçün iddialı planlarını sürətləndirir. Çin eyni zamanda bu planlar üçün istifadə olunacaq yeni skafandrlarını da təqdim edib.
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Milyardlarla il əvvəl Mars, axan suyu və qalın atmosferi olan canlı bir planet idi. Bəs bu atmosfer hara getdi? Alimlərin fikrincə, bunların hamısı Marsın gillə örtülmüş qabığında gizlənir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!