Enseladın qeyzerlərində həyatın formalaşması üçün vacib molekullar aşkar edilib
Elm & Texnologiya
18.12.2023
Emil Nəcəfov
NASA-nın Cassini kosmik aparatı tərəfindən əldə edilmiş məlumatların yeni analizi heyrətləndirici kəşfi etməyə imkan verib. Belə ki, məlum olub ki, Saturn planetinin peyklərindən biri olan Enseladın dərinliklərindən gələn qeyzerlərin tərkiblərində bioloji həyatın formalaşması və onun dəstəklənməsi üçün vacib olan molekullar və kimyəvi birləşmələr mövcuddur. Alimlərin sözlərinə əsasən bu, saat batareyası əvəzinə elektromobil batareyasını aşkar etmək kimi bir şeydir. Qeyd etmək lazımdır ki, Cassini aparatı Enseladı 2010-cu ildə müşahidə edib. Saturn planetinin bu peykinin səthi buz örtüyü ilə əhatə olunub. Çox güman ki, buz örtüyünün dərinliyində inanılmaz dərəcədə böyük okean mövcuddur.
Peykdə baş verən qeyzerlər vasitəsilə kosmosa ifraz edilən buz hissəcikləri Cassini aparatının spektrometri tərəfindən əldə edilib. Bunun sayəsində peykin buzaltı mühitinin kimyəvi tərkibini analiz etmək mümkün olub. Cassini tərəfindən Enselad barəsində əldə edilmiş məlumatların 2017-ci ildə analizləri zamanı alimlər təyin etmişdilər ki, peykin səthinin alt hissəsindən kosmosa ifraz edilən qeyzerlərin tərkiblərində böyük miqdarda CO2, metan və hidrogen var. Həmin vaxtda alimlər bunu metanogenez (mikroorqanizmlərin iştirakı ilə metanın formalaşma prosesi) prosesi ilə əlaqələndirmişdilər.
Metanogenez prosesi Yer kürəsində geniş yayılıb və ola bilsin ki, uzaq keçmişdə planetimizdəki həyatın formalaşmasında bu proses vacib rollardan birini oynayıb. Yeni tədqiqat çərçivəsində alimlər Cassini tərəfindən əldə edilmiş məlumatların analizləri mövzusunda fərqli üsuldan istifadə ediblər. Belə ki, onlar əldə edilmiş etibarlı məlumatların analizləri əvəzinə riyazi və statistik analizlərdən istifadə ediblər. Riyazi və statistik analizlər məlumat fraqmentlərini yekun təsvirdə birləşdirməli idilər. Bununla yanaşı bu üsul həmçinin ehtimal olunan çatışmayan məlumatların istifadəsini də nəzərdə tuturdu.
Bu üsul öz növbəsində maraqlı nəticəni ortaya çıxarıb. Məlum olub ki, Enseladın dərinliklərindən ifraz edilən qazın tərkibində böyük ehtimal ilə sianid turşusu və müxtəlif maddələrin oksidləri var. Böyük miqdarda oksidlərin olması öz növbəsində Enseladın dərinliklərində yerləşən okeandakı güclü enerji mənbəyindən xəbər verir. Belə ki, oksid proseslərinin getdikləri yerlərdə həmişə enerji olur. Bura həmçinin bioloji həyat forması üçün qidalanma da daxildir. Sianid turşusuna gəldikdə isə o, bioloji həyatın formalaşması üçün vacib olan kritik göstəricidir. Belə ki, bu molekul amin turşularının sələfidir.
Linki kopyala
enselad
enselad peyk
enselad peyki
enceladus
saturn
saturn planet
saturn planeti
science
science news
elmi xeberler
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süd Yolu qalaktikasının mərkəzində digər qalaktikadan gəlmiş ulduz yerləşir
Süd Yolu qalaktikasının mərkəzində digər qalaktikadan gəlmiş ulduz yerləşir
Süd Yolu qalaktikasının mərkəzində yerləşən ulduzun 8 illik müşahidəsindən sonra yapon alimlər belə qənaətə gəliblər ki, müşahidıə edilən ulduz bizim qalaktikamızın mərkəzinə digər qalaktikadan gəlib.
Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır
Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır
ABŞ-da yerləşən Dreksel Universitetinin mütəxəssisləri bioloji liflərə sahib xüsusi material hazırlayıblar.
Bitkilər daha öncə düşünüldüyündən daha çox CO2 uda bilirlər
Bitkilər daha öncə düşünüldüyündən daha çox CO2 uda bilirlər
Aparılmış daha realistik ekoloji modelləşdirmə onu göstərib ki, bitkilər daha öncə proqnozlaşdırılandan daha çox CO2 qazı uda bilirlər.
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb kosmik teleskopu müasir kosmologiyanın sərhədlərini genişləndirməyə davam edir.
22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
Amerikalı alimlər təsdiqləyiblər ki, Yer kürəsindən cəmi 22 işıq ili uzaqlığında bizim planetimizi xatırladan ekzoplanet yerləşir. Yer kürəsinə bənzər ekzoplanetlər arasında bu ekzoplanet bizim planetə ən yaxın məsafədə yerləşəndir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!