Büdcəli smartfonlar üçün MediaTek Helio G91 prosessoru təqdim edilib
Elm & Texnologiya
29.02.2024
Emil Nəcəfov
MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, MediaTek Helio G91-dən gedir. Bu yeni prosessor 12 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, 8 nüvəyə sahibdir. Prosessorda nüvələr “2+6” sxemi üzrə yerləşiblər. Yəni MediaTek Helio G91 özündə 2.0 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A75 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
Prosessorda qrafik imkanlardan Mali-G52 MC2 qrafik çipi cavabdehdir. Qeyd etmək lazımdır ki, bu yeni prosessor 5G dəstəyinə sahib deyil. Buna baxmayaraq MediaTek Helio G91 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 8 GB-a kimi LPDDR4x standartlı RAM yaddaşlarını, 108 MP-ə kimi kameraları və Wi-Fi 5 texnologiyasını dəstəkləyir. Helio G91 prosessoruna sahib ilk smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MediaTek Dimensity 9400 flaqman prosessoru yeni nüvə arxitekturasını əldə edəcək
MediaTek Dimensity 9400 flaqman prosessoru yeni nüvə arxitekturasını əldə edəcək
MediaTek şirkətinin bu il təqdim edəcəyi Dimensity 9400 flaqman prosessoru barəsində daha öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, şirkət sözügedən prosessorda 4 ədəd Cortex-X nüvəsindən istifadə praktikasını aradan qaldıracaq.
MediaTek Dimensity 9400n flaqman prosessorunun nə zaman təqdim olunacağı açıqlanıb
MediaTek Dimensity 9400n flaqman prosessorunun nə zaman təqdim olunacağı açıqlanıb
MediaTek şirkətinin CEO-su Rick Tsai şirkətin növbəti flaqman prosessoru olacaq Dimensity 9400-ün nə zaman təqdim olunacağı barəsində məlumat verib.
Exynos 2400 ilə Dimensity 9300-ün qrafik çipləri müqayisə edilib
Exynos 2400 ilə Dimensity 9300-ün qrafik çipləri müqayisə edilib
Golden Reviewer ləqəbli blogger Samsung Exynos 2400 və MediaTek Dimensity 9300 flaqman prosessorlarının qrafik çiplərini müxtəlif bençmarklarda testlərini reallaşdıraraq onların performanslarını digər prosessorların qrafik çiplərinin performansları ilə müqayisə edib.
Gələn ilki MediaTek Dimensity 9400 prosessoru 3 nanometrlik olacaq
Gələn ilki MediaTek Dimensity 9400 prosessoru 3 nanometrlik olacaq
MediaTek keçən ay Dimensity 9300 flaqman prosessorunu təqdim etdi. Sözügedən prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanır.
2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikasını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!