Beynəlxalq Kosmik Stansiya antibiotiklərə dözümlü olan bakteriyaların məkanına çevrilib
Elm & Texnologiya
24.04.2024
Farid Pardashunas
Yer kürəsinin orbitində həyat üçün nisbətən münbit şəraitə sahib BKS (Beynəlxalq Kosmik Stansiya) kimi obyektin olması onda bakteriyalar üçün Yer kürəsində indiyənə kimi olmamış təkamül şərtlərini yaradıb. Qravitasiya və kosmik radiasiya bakteriyaları alimlər üçün gözlənilməz şəkildə mutasiyaya uğramağa məcbur edirlər. Bunun isə hansı nəticəyə səbəb olacağını öncədən söyləmək çox qəliz məsələdir. Hər halda aparılmış yeni tədqiqat onu göstərib ki, sözügedən tendensiya heç də ürəkaçan deyil. Hindistanlı alimlər NASA ilə birlikdə BKS-dəki bakterial ştamların və onların Yer kürəsindəki versiyalarını analiz ediblər.
Analiz çərçivəsində Enterobacter bugandensis adlı bakteriyanın ümumilikdə 13 ştamı təyin edilib. Məlum olub ki, bu bakteriya BKS-in bütün daxili hissəsini zəbt edib və BKS-də dominant bakteriyaya çevrilib. Bununla belə sözügedən bakteriyanın Yer kürəsindəki versiyası dözümlülük mövzusunda kölgədə qalıb. Belə ki, Enterobacter bugandensis-in kosmik versiyası antibiotiklərə daha dözümlü olub. Bununla yanaşı Enterobacter bugandensis-in digər növ bakteriyalar ilə əlaqəsi də aşkar edilib. Bu üsul ilə Enterobacter bugandensis digər növ bakteriyalara dəstək olub. Onların arasında infeksiyaya səbəb olan və insan həyatı üçün təhlükə mənbəyi hesab edilən Staphylococcus saprophyticus adlı bakteriya da var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhvinə 1 milyard dollar vəsait sərf edəcək
NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhvinə 1 milyard dollar vəsait sərf edəcək
NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhv edilməsinə 1 milyard dollar vəsait sərf etməyi planlaşdırır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!