Batareyaların ömrünü 50%-ə qədər artırmağın sadə bir yolu kəşf edilib!
Elm & Texnologiya
30.09.2024
Farid Pardashunas
Litium-ion batareyaların ömrü məhduddur, lakin ABŞ tədqiqatçıları litium-ion batareyaların ömrünü 50%-ə qədər artıran sadə üsul kəşf ediblər.
Joule jurnalında dərc olunan araşdırmada alimlər batareyaların ilk doldurulmasının yüksək cərəyanlarla edilməsinin onların dövr ömrünü orta hesabla 50%-ə qədər artırdığını aşkar ediblər. Bu kəşfin səbəbi isə süni intellekt əsaslı elmi maşın öyrənməsi texnikaları vasitəsilə ortaya çıxarılıb. Yeni istehsal olunan litium-ion batareyasının pozitiv elektrodu istehsaldan dərhal sonra tamamilə litium ilə dolu olur. Lakin hər doldurma və boşaltma dövründə müəyyən miqdarda litium itir. Araşdırmanın baş müəlliflərindən olan Xiao Cui, bu litium itkilərini minimuma endirməyin batareya ömrünü uzatmağın açarı olduğunu vurğulayır.
Batareyanın fabrikdan çıxışında ilk doldurulması zamanı negativ elektrod üzərində "bərk elektrolit interfeysi (SEI)" adlanan bir təbəqə yaranır. Bu təbəqə, negativ elektrodu yan reaksiyalardan qoruyaraq batareyanın zamanla daha çox litium itirməsini və tez bir zamanda xarab olmasını əngəlləyir. Məhz bu SEI təbəqəsinin düzgün formalaşması batareyanın uzunömürlü olması üçün kritik əhəmiyyət daşıyır. Bu prosesə isə "formasiya doldurması" deyilir. Ənənəvi batareya istehsal proseslərində batareyanın ilk doldurulması adətən aşağı cərəyanlarla həyata keçirilir. Bu metod daha möhkəm bir SEI təbəqəsi yaradacağı düşüncəsi ilə seçilsə də, uzun doldurma müddətləri və yüksək xərclərə səbəb olur. SLAC-Stanford Batareya Mərkəzinin tədqiqatçıları Toyota Araşdırma İnstitutu (TRI), Massachusetts Texnologiya İnstitutu (MIT) və Washington Universitetindən olan alimlərlə əməkdaşlıq edərək, yüksək cərəyanla doldurmanın nəticələrini araşdırıblar. Maşın öyrənməsi metodlarını istifadə edərək SEI təbəqəsinin formalaşmasına təsir edən bütün mümkün amilləri test edən tədqiqatçılar, 2 əsas faktoru önə çıxarıblar: Temperatur və cərəyan gücü.
Komanda təsdiqləyib ki, aşağı cərəyan yerinə yüksək cərəyan istifadə etmək yalnız daha yaxşı nəticələr vermir, həm də batareyanın ömrünü 70%-ə qədər artırır, orta hesabla isə 50% yaxşılaşma təmin edir. Tədqiqatçılar bunu su dolu qabı daşımadan əvvəl bir qədər suyun boşaldılmasına bənzədirlər. Bu prosesə oxşar şəkildə ilk doldurulmada batareyadan daha çox litium ionunun kənarlaşdırılması uzunmüddətli performansı artırır. Araşdırma göstərir ki, batareyaların kimyasını dəyişmədən, yalnız istehsal prosesinin son mərhələsində edilən bu kiçik dəyişikliklə böyük faydalar əldə edilə bilər. Bu kəşf, həm istehsal xərclərini azaltmaq, həm də enerji saxlama sistemlərinin səmərəliliyini artırmaq potensialına malikdir. Bunun daha əvvəl kəşf edilməməsi isə qəribədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ilk niobium əsaslı batareyası təqdim edilib!
Dünyanın ilk niobium əsaslı batareyası təqdim edilib!
İsveçrəli enerji saxlama pioneri Leclanche SA, niobium bazlı aktiv anod materialı olan dünyanın ilk litium-ion batareya hücresi XN50-ni təqdim edib. Yeni batareya ciddi üstünlüklər təklif edir.
Çinli tədqiqatçılar, kəsildikdə belə çalışa bilən batareyalar hazırlayıblar!
Çinli tədqiqatçılar, kəsildikdə belə çalışa bilən batareyalar hazırlayıblar!
Çin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları, kəsildikdə belə çalışa bilən litium-kükürdlü (Li-S) batareya prototipi hazırlayıblar.
Tibb sənayesində inqilab: Saç teli qalınlığında super nazik batareyalar hazırlandı!
Tibb sənayesində inqilab: Saç teli qalınlığında super nazik batareyalar hazırlandı!
MIT tədqiqatçıları, hüceyrə ölçülü robotları gücləndirə biləcək kiçik bir batareya hazırlayıblar. Yeni sink-hava batareyası, yalnız bir saç teli qalınlığındadır və tibbdə inqilab edə bilər.
Dünyanın ilk litiumu əvəz edə biləcək 18650 kalium-ion batareyası təqdim edilib!
Dünyanın ilk litiumu əvəz edə biləcək 18650 kalium-ion batareyası təqdim edilib!
Texasda yerləşən Group1 startapı, geniş istifadə olunan 18650 silindrik forma faktorunda dizayn edilmiş dünyanın ilk kalium-ion batareyasını istifadəyə verib. Bu batareya litium əvəz edə bilər.
Elektromobil batareyalarındakı müəyyən kimyəvi birləşmələr insan sağlamlığına zərər vururlar
Elektromobil batareyalarındakı müəyyən kimyəvi birləşmələr insan sağlamlığına zərər vururlar
Elektromobillərdə istifadə edilən batareyalar arasında ən məşhuru litium-ion batareyalar hesab edilir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ