Artıq smartfonları həftədə yalnız 1 dəfə şarj etmək kifayət edəcək!
Elm & Texnologiya
20.06.2024
Farid Pardashunas
“Apple” və “Samsung” şirkətlərini batareyalarla təmin edən şirkət, 100 dəfə daha yaxşı enerji sıxlığına malik batareya hazırlayıb.
Apple və Samsung kimi böyük şirkətləri batareya ilə təmin edən TDK adlı şirkət, bərk halda olan batareyalar üçün mövcud həllərdən 100 qat daha çox enerji sıxlığı təklif edən bir material hazırladığını açıqlayıb. CeraCharge adlanan bərk halda olan akkumulyator litium ərintisi və oksidə əsaslanan bərk elektrolitdən istifadə edir. Bu yenilikçi kompozisiya, batareyaların 1000Wh/L enerji sıxlığına malik olmasına imkan verir. Bu da, hazırda Apple cihazlarında istifadə edilən kütləvi istehsal olunan batareyalarla müqayisədə 100 dəfə artım deməkdir.
Şirkətin inqilabi olduğunu iddia etdiyi batareya texnologiyası müxtəlif texnoloji cihazlara daha uzun batareya ömrü təklif edə bilər. Bildirilib ki, smartfonlar, saatlar, qulaqlıqlar və digər taxıla bilən qurğular bu texnologiya sayəsində həftəlik və ya aylıq doldurula bilər. TDK bildirib ki, enerji tutumunda böyük artımla yanaşı, oksid elektrolit batareyanı daha təhlükəsiz edir. Bu, həddindən artıq istiləşmə və partlayış riskini aradan qaldırır. Yeni batareyalar həmçinin birdəfəlik batareyaları qadağan edən Aİ (Avropa İttifaqı) qaydalarına da uyğundur. TDK bu texnologiyanı kütləvi istehsala keçirmək üçün çalışdığını bildirib. Şirkət, gələn il “Apple” və “Samsung” kimi müştərilərə nümunə tədarük etməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İki dəfə çox enerji saxlayan “su batareyası” hazırlanıb!
İki dəfə çox enerji saxlayan “su batareyası” hazırlanıb!
Alimlər litium hüceyrələrindən daha çox enerji saxlaya bilən “su batareyası” hazırlayıblar. Alimlərin açıqlamasına görə, yeni batareya ənənəvi akkumulyatorlardan iki dəfə çox enerji saxlaya bilir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ