main-post-cover

    Apple üçün 2 nanometrlik prosessor artıq gələn il istehsal edilə bilər

    Elm & Texnologiya
    16.01.2024
    Emil Nəcəfov
         Digitimes saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin gələcək cihazları üçün nəzərdə tutulmuş 2 nanometrlik prosessorların istehsalına artıq gələn il start verilə bilər. TSMC şirkətinin zavodlarında 2 nanometrlik prosessorların istehsalı üçün nəzərdə tutulmuş təchizatların ən tez bu ilin aprel ayında quraşdırılması gözlənilir. Qeyd etmək lazımdır ki, Apple TSMC-nın 3 nanometrlik prosessorundan istifadə edən ilk şirkət oldu. Belə ki, iPhone 15 ProiPhone 15 Pro Max smartfonlarında istifadə edilən A17 Pro prosessoru məhz TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal edilir. Gözləntilərə əsasən TSMC-nın 2 nanometrlik prosessorları ilə də eyni hal yaşanacaq. Onların istehsalına start verildikdən müəyyən müddət sonra onlar Apple cihazlarına quraşdırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Watch 9 ilə Watch Ultra 2 ABŞ bazarında vacib funksiyaya sahib olmadan satışa çıxacaqlar
    apple-watch-9-ile-watch-ultra-2-abs-bazarinda-vacib-funksiyaya-sahib-olmadan-satisa-cixacaqlar
    2023-cü ildə smartfon təchizatı həcmi mövzusundakı lider brendlər məlum olub
    2023-cu-ilde-smartfon-techizati-hecmi-movzusundaki-lider-brendler-melum-olub
    Apple App Store mağazasını iki versiyaya ayıracaq
    apple-app-store-magazasini-iki-versiyaya-ayiracaq
    Apple Vision Pro-da istifadə edilən M2 prosessorunun versiyası məlum olub
    apple-vision-pro-da-istifade-edilen-m2-prosessorunun-versiyasi-melum-olub
    iPhone 16 Pro və iPhone 16 Pro Max Qualcomm-un 5G modemini əldə edəcəklər
    iphone-16-pro-ve-iphone-16-pro-max-qualcomm-un-5g-modemini-elde-edecekler