Apple fərdi 5G modemin hazırlanması ideyasından imtina etməyib
Elm & Texnologiya
04.12.2023
Emil Nəcəfov
Keçən həftə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti özünün fərdi 5G modemi hazırlamaq ideyasından imtina edə bilər. Qeyd etmək lazımdır ki, şirkət öz 5G modemi üzərində 2019-cu ildən çalışır və hələ də onu istifadəyə verə bilməyib. Belə ki, şirkət bu layihəsi çərçivəsində müəyyən texniki problemlər ilə qarşılaşıb. Lakin ortaya çıxmış yeni məlumata əsasən Apple 5G modeminin hazırlanması ideyasından imtina etmək niyyətində deyil.
Hər halda şirkətin hardware texnologiyaları üzrə vitse-prezidenti olan Johny Srouji-nin son müsahibəsindəki sözlərindən belə qənaətə gəlmək olar. Srouji CNBC-yə müsahibə verən zaman şirkətin öz fərdi 5G modem layihəsindən imtina edib-etmədiyi sualına cavab verib. Öz cavabında vitse-prezident konkret nəsə deməsə də, qeyd edib ki, şirkət fərdi 5G modemin hazırlanmasında maraqlıdır və onun bu layihəni reallaşdırmaq üçün komandaları mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, Apple fərdi 5G modemin hazırlanması ideyasından heç də imtina etməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bütün iPhone 16 modelləri Action düyməsini əldə edə bilərlər
Bütün iPhone 16 modelləri Action düyməsini əldə edə bilərlər
Bu il iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində ilk dəfə olaraq Action düyməsi reallaşdırıldı.
iPhone 16 Pro Max Apple tarixində ən böyük ekranlı iPhone olacaq
iPhone 16 Pro Max Apple tarixində ən böyük ekranlı iPhone olacaq
Ross Young adlı məşhur insayder Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 16 smartfonları barəsində yeni məlumatları təqdim edib.
Apple fərdi 5G modemin hazırlanması ideyasından imtina edə bilər
Apple fərdi 5G modemin hazırlanması ideyasından imtina edə bilər
Məlumdur ki, Apple şirkəti son illər ərzində öz smartfonları üçün nəzərdə tutulmuş fərdi 5G modemini hazırlamağa çalışır.
Huawei gələn il Apple Vision Pro-nun rəqibini təqdim edəcək
Huawei gələn il Apple Vision Pro-nun rəqibini təqdim edəcək
Apple şirkəti iyun ayında baş tutmuş WWDC 2023 konfransı çərçivəsində Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etmişdi.
Apple smart üzük ilə bağlı bir neçə patenti əldə edib
Apple smart üzük ilə bağlı bir neçə patenti əldə edib
Smart üzüklər bazarda artıq uzun müddət ərzində mövcud olsalar da, onlar alıcılar arasında o qədər də yüksək tələbata sahib deyillər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!