Alimlər kainatın sonu ilə bağlı ehtimallardan birinin sübutlarını əldə ediblər
Elm & Texnologiya
04.09.2024
Böyük partlayış kainatın başlanğıc nöqtəsi olan hadisədir. İndi isə alimlər güman edirlər ki, kainatın sonu bu hadisənin əksi olan Böyük çöküş şəklində olacaq. Qeyd etmək lıazımdır ki, Böyük çöküş nəzəriyyəsi heç də yeni bir nəzəriyyə deyil. Bu nəzəriyyəyə əsasən kainatın mövcud genişlənmə prosesi geri istiqamətə hərəkət edəcək. Yəni kainat bir növ sıxılma prosesinə keçid edəcək və nəticədə bütün qalaktikalar, ulduzlar və planetlər bir-biriləri ilə toqquşacaqlar. Çünki materiyanın ən son parçası içəri çökəcək. Alimlər Böyük çöküş nəzəriyyəsinin mümkünlüyünə dair yeni sübutlar əldə ediblər. Belə ki, onlar aşkar ediblər ki, kainatın genişlənməsi prosesinə təkan verən qaranlıq enerji çox güman ki, sabit ölçü deyil və zamanla zəifləyir.
Mütəxəssislər bildiriblər ki, Yer kürəsində insanlar Böyük çöküşün ilk əlamətlərini müşahidə edə biləcəklər. Onların sözlərinə əsasən qalaktikalar və qalaktika topaları (cazibə qüvvəsi ilə bir-birinə bağlı yüzdən minə qədər qalaktikadan ibarət struktur) birləşəcəklər və ulduzlar bir-biriləri ilə toqquşmağa başlayacaqlar. Daha sonra teleskoplar müşahidə edəcəklər ki, Böyük partlayışdan sonra qalmış kosmik mikrodalğa arxa plan şüalanmasının temperaturu yüksəlməyə başlayacaq və nəticədə onun temperaturu 1000 dərəcə Selsiyə çatacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda kosmik mikrodalğa arxa plan şüalanmasının temperaturu -273.15 dərəcə Selsi təşkil edir.
Məlumata əsasən Böyük partlayışdan 300 000 il sonra kosmik mikrodalğa arxa plan şüalanmasının temperaturu 300 dərəcə Selsi təşkil etmişdi. Böyük partlayışa yaxın isə onun temperaturunun 273 milyon dərəcə Selsi təşkil etdiyi güman edilir. Bütün bunlar onu göstərir ki, kainatın genişlənməsinə səbəb olan güclər zəifləməyə başlayıb. Həmin güclər tamamilə tükəndikdən sonra isə kainat öz üzərinə çökəcək. Daha sonra qalaktikalararası materiya ulduzlar və planetlər ilə birlikdə bir nöqtədə birləşərək çox isti nüvə formalaşdıracaqlar. Həmin nüvədə ulduzlar digər kosmik obyektləri məhv edəcəklər.
Yekunda kainat özü nəhəng odlu topu xatırladacaq. Bu cür topda fəza və zaman anlayışı artıq mövcud olmayacaq. Böyük çöküş nəzəriyyıəsini təsdiq edən sübutlar çoxlu sayda teleskoplar vasitəsilə əldə edilib. Qaranlıq materiyanın tədqiqatı üçün nəzərdə tutulmuş DESI adlı teleskop 3 il ərzində sürətlə kainatın 3D xəritəsini yaradıb. Təkcə bir gecəlik müşahidə çərçivəsində sözügedən teleskop 200 000-ə yaxın qalaktikanın yerini təyin edə bilib. DESI tərəfindən əldə edilmiş məlumatlar onu göstəriblər ki, kainatın genişlənməsinə səbəb olan qaranlıq enerji tədricən zəifləyir.
“Bütün kosmologiya cəmiyyəti sözün əsl mənasında şokda idi” - deyə mütəxəssislər qeyd ediblər. Məsələ burasındadır ki, hal-hazırda elm cəmiyyətində qəbul edilmiş kosmoloji modelə əsasən qaranlıq enerji sonsuza qədər sabit olaraq qalır. Kosmos və kainatın anlayışına istiqamətlənmiş bu model Lambda-CDM model adlanır. “DESI teleskopu aşkar edib ki, kainatın vəziyyəti ilə bağlı olan tənlik Lambda-CDM modeli ilə uyğunlaşmır. Bunun əvəzinə məlumatlar ona işarə edirlər ki, qaranlıq enerji zamanla dəyişə bilər” - deyə mütəxəssislər bildiriblər.
Linki kopyala
big bang
big bang theory
big crunch
big crunch theory
boyuk partlayis
boyuk partlayis nezeriyyesi
boyuk cokus
boyuk cokus nezeriyyesi
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!