Alimlər, 16 insan beynini birləşdirərək biokompüter hazırlayıblar!
Elm & Texnologiya
31.07.2024
Farid Pardashunas
İsveçrə startapı, 16 insan beyin hüceyrəsini birləşdirərək yüksək enerjiyə qənaət edən biokompüter hazırlayıb. Bu yeni texnologiya, ənənəvi kompüterlərə nisbətən daha az enerji sərf edir.
İsveçrədə yerləşən “FinalSpark” şirkəti tərəfindən hazırlanan bu biokompüter, laboratoriyada yetişdirilən insan beyin hüceyrələrindən istifadə edir. Bu hüceyrələr, orqanoidlər adlanan kiçik, sferik strukturlar şəklində təşkil edilmişdir. Ümumilikdə, 16 orqanoid, 4 massivin daxilinə yerləşdirilir və hər biri 8 elektroda və mikro-maye sisteminə bağlıdır. Bu sistem, hüceyrələri su və qida ilə təmin edir. FinalSpark tərəfindən hazırlanmış bu biokompüter, ənənəvi rəqəmsal prosessorlardan milyon dəfə az enerji sərf edir. Bu, süni intellekt və böyük dil modelləri kimi yüksək emal gücü tələb edən texnologiyalar üçün böyük üstünlük təklif edir. Məsələn, GPT-3 kimi bir dil modelinin öyrədilməsi orta insanın illik enerji istehlakının 6000 qatını tələb edir. Halbuki, 86 milyard neyronu olan insan beyni, gündə cəmi 0.3 kilovat saat enerji sərf edir.
FinalSpark-ın biokompüteri uzaqdan əlaqə vasitəsilə idarə oluna bilər və beyin orqanoidləri 100 günə qədər canlı qala bilir. Bu müddət ərzində hüceyrələrin elektrik fəaliyyətləri davamlı olaraq ölçülür. Hazırda bu sistem, tədqiqat məqsədləri üçün sərbəst şəkildə mövcuddur və bir çox tədqiqat qrupları öz təcrübələrini aparmaq üçün bu platformadan istifadə etməyə başlayıblar. Gələcəkdə FinalSpark, daha geniş spektrli eksperimental protokolları idarə edə bilmək üçün biokompüter platformasını inkişaf etdirməyi planlaşdırır. Bu, orqanoidlərə molekulların və dərmanların yeridilməsi kimi yeni funksiyaların əlavə edilməsini nəzərdə tutur. Bu şəkildə, həm hesablama texnologiyaları, həm də orqanoid tədqiqatlar üçün yeni imkanlar açılacaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Günəşin sirri, bir astronomun yüz illər əvvəl çəkdiyi rəsmlərlə ortaya çıxıb!
Günəşin sirri, bir astronomun yüz illər əvvəl çəkdiyi rəsmlərlə ortaya çıxıb!
Johannes Kepler-in yüz illər əvvəl etmiş olduğu Günəşi müşahidələri, alimlərə Günəşin hərəkətlərini və günəş ləkələrini daha yaxşı anlamağa imkan verib. Kepler-in 1607-ci ildə çəkdiyi Günəşin təfərrüatlı görünüşləri, elm aləmində böyük səs-küy yaradıb və Günəşin 11 illik dövrü haqqında yeni məlumatları ortaya çıxarıb.
Tarixi sintez texnologiyasından istifadə edilərək yeni 116-cı element hazırlanacaq!
Tarixi sintez texnologiyasından istifadə edilərək yeni 116-cı element hazırlanacaq!
Lawrence Berkeley Milli Laboratoriyasının alimləri, titan hissəciklərinin şüaları ilə ilk dəfə 116-cı elementi (livermorium) sintez ediblər. Artıq yeni element istehsal oluna biləcək.
NASA, ilk dəfə olaraq, lazer texnologiyası ilə kosmosa 4K video göndərib!
NASA, ilk dəfə olaraq, lazer texnologiyası ilə kosmosa 4K video göndərib!
Kosmik missiyalar üçün çox faydalı ola biləcək lazer rabitə texnologiyası üzərində işləyən NASA, eksperimentlər çərçivəsində bir təyyarədən Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4K video yayım gerçəkləşdirib.
Dünyanın ilk əriməyə davamlı nüvə reaktoru hazırlanıb!
Dünyanın ilk əriməyə davamlı nüvə reaktoru hazırlanıb!
Fövqəladə vəziyyətdə özünü passiv şəkildə soyutmaq üçün nəzərdə tutulmuş əriməyə davamlı nüvə reaktorunun ilk tam miqyaslı tətbiqi uğurlu olmuşdur. Artıq atom elektrik stansiyalarındakı əsas risk aradan qaldırılmış oldu.
Alimlər, Qrenlandiya və Kanada arasında yeni qitə kəşf ediblər!
Alimlər, Qrenlandiya və Kanada arasında yeni qitə kəşf ediblər!
Tədqiqatçılar, bölgədəki plitələrin tektonik hərəkətlərini araşdırarkən, Kanada ilə Qrenlandiya arasında yerləşən Davis boğazının altından 400 kilometr uzunluğunda bir quru parçası aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ