main-post-cover

    Meta səhmlərinin dəyəri artmağa davam edərkən Zuckerberg-in xəyali layihəsi milyardlarla dollar itirməyə davam edir!

    Tech-Biznes
    02.08.2024
    Farid Pardashunas

         Meta, ilin ikinci rübündə bütün gözləntiləri aşan səviyyədə gəlir və mənfəət əldə edib. Lakin CEO Mark Zuckerberg-in xəyali layihələrini hazırlayan Reality Labs bölməsi, yenidən milyardlar dollar itirməyə davam edir.

         Meta-nın artırılmış və virtual reallıq texnologiyalarını özündə birləşdirən Reality Labs bölməsi, rübdə 4.48 milyard dollarlıq zərərə getdiyini bildirib. Beləliklə, təkcə Reality Labs bölməsi 2020-ci ilin sonundan bu yana cəmi 50 milyard dollarlıq itki yaşayıb. Reality Labs bölməsinin gəlirlərinin əksəriyyəti şirkətin Quest VR qulaqlıq ailəsiRay-Ban Meta smart eynəklərindən əldə edilir. Bu kontekstdə 1 il əvvəlki 276 milyon dollar gəlirlə müqayisədə Reality Labs, bu rübdə 28% artımla 353 milyon dollar gəlir əldə edib. Bu, ən azından müsbət bir inkişaf kimi qiymətləndirilir.
         Virtual reallıq bazarı hələ də böyümə və inkişaf mərhələsindədir. Meta, milyardlarla dollar itirsə də, bu sahədə ən təcrübəli və güclü şirkətlərdən biridir. Şirkət, Apple-dan fərqli olaraq Quest 3 VR qulaqlıqlarını cəmi 499 dollara satır. Bundan əlavə, Ray-Ban ilə birlikdə hazırlanan ağıllı eynəklər getdikcə daha çox istifadəçiyə çatır. Meta, xüsusilə ağıllı eynəklərini şirkətin süni intellekt alətləri ilə dəstəkləyərək şaquli inteqrasiya ilə irəliləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
    meta-aciq-menbeli-koda-sahib-en-boyuk-suni-zeka-modelini-teqdim-edib
    Meta, bu il yeni AR eynəklərini təqdim edəcək!
    meta-bu-il-yeni-ar-eyneklerini-teqdim-edecek
    WhatsApp daxilin Meta AI çat-botu fotoları redaktə edə biləcək
    whatsapp-daxilin-meta-ai-cat-botu-fotolari-redakte-ede-bilecek
    Facebook və Instagram, məlumatlarınızı icazəsiz istifadə etdikləri üçün böyük cərimələrlə üzləşə bilərlər!
    facebook-ve-instagram-melumatlarinizi-icazesiz-istifade-etdikleri-ucun-boyuk-cerimelerle-uzlese-biler
    Google, Meta və digər şirkətlər süni zəka səbəbilə öz konfidensiallıq siyasətlərini gizli şəkildə dəyişirlər
    google-meta-ve-diger-sirketler-suni-zeka-sebebile-oz-konfidensialliq-siyasetlerini-gizli-sekilde-deyisirler