Avropa Birliyi Elon Musk-ı böyük məbləğdə cərimələyə bilər
Tech-Biznes
18.10.2024
Emil Nəcəfov
Bu ilin iyul ayında Avropa Komissiyası, X (keçmiş Twitter) sosial şəbəkəsinin rəhbərliyinə və ən əsas da onun sahibi olan Elon Musk-a xəbərdarlıq verdi ki, rəqəmsal xidmətlər üzrə qanunun (Digital Service Act / DSA) tələblərini yerinə yetirmək üçün addımlar atılmalıdır və X-də zərərli kontentin və dezinformasiyanın yayılması ilə mübarizə aparmaq lazımdır. Musk isə öz növbəsində Avropa Birliyinin bu tələblərini görməzdən gəlib.
Bu səbəbdən də onu illik gəlirin 6%-i həcmində cərimə cəzası gözləyə bilər. Bloomberg saytı bildirib ki, söhbət, X-in illik gəlirindən deyil, Musk-ın sahib olduğu bütün şirkətlərin illik gəlirlərindən gedir. Musk isə X ilə yanaşı SpaceX, The Boring Company və Neuralink kimi şirkətlərə sahibdir. Tesla ictimai şirkət olduğu üçün bu siyahıya daxil edilmir. Bununla yanaşı Avropa Birliyi, Musk-ın özünü də fərdi şəkildə cərimələyə bilər. Belə ki, o, Avropa Birliyinin tələblərini yerinə yetirmir. Bununla belə Avropa Birliyi bu mövzu ilə bağlı hələ yekun qərar verməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk, 1 ildə qurulacaq sistemi 19 gündə quraraq Nvidia-nı heyrətləndirib!
Elon Musk, 1 ildə qurulacaq sistemi 19 gündə quraraq Nvidia-nı heyrətləndirib!
Elon Musk, Nvidia-dan aldığı 100 min ədəd H200 sürətləndiricisini cəmi 19 gündə quraşdıraraq işə salıb və bu, Nvidia-nın rəhbərini təəccübləndirib.
"I, Robot"un rejissoru Elon Musk-ın onun dizaynlarını oğurladığını iddia edib!
"I, Robot"un rejissoru Elon Musk-ın onun dizaynlarını oğurladığını iddia edib!
"I, Robot" filminin rejissoru Alex Proyas, Tesla-nın bu həftə təqdim etdiyi sürücüsüz avtomobilləri öz filmindəki avtomobillərlə müqayisə edərək Elon Mask-ı onun dizaynlarını oğurlamaqda ittiham edib.
Tesla-nın Optimus robotlarının insanlar tərəfindən idarə edildiyi ortaya çıxıb!
Tesla-nın Optimus robotlarının insanlar tərəfindən idarə edildiyi ortaya çıxıb!
Tesla-nın son günlərdə Optimus robotları ilə keçirdiyi nümayişin insan dəstəyi ilə həyata keçirildiyi üzə çıxıb. Robotlar əslində tam avtomatlaşdırılmış şəkildə işləmirmiş.
SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)
SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)
Kosmik texnologiyalar sektorunda Elon Musk fırtınası əsməyə davam edir. Mechazilla adlanan 2 mexaniki qol, Yerə geri dönən 1200 tonluq gücləndirici raketi havada tutmağı bacarıb.
X-in (keçmiş Twitter) dəyəri 78% aşağı düşüb
X-in (keçmiş Twitter) dəyəri 78% aşağı düşüb
Daha öncə Twitter kimi tanınmış X sosial şəbəkəsi 2022-ci ildə Elon Musk tərəfindən 44 milyard dollara alınmışdı.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!