Apple dünyanın ən bahalı ikinci şirkəti statusunu da itirə bilər
Tech-Biznes
06.03.2024
Emil Nəcəfov
Son zamanlarda Apple səhmlərinin ümumi dəyəri aşağı düşdüyü üçün şirkətin bazar dəyəri də aşağı düşür. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple nəticədə dünyanın ikinci ən bahalı şirkəti statusunu itirə bilər. Məsələ burasındadır ki, Apple süni zəka sahəsində ciddi addımlar atmasa, NVIDIA onun yerinə dünyanın ikinci ən bahalı şirkəti statusunu qazanacaq. Hal-hazırda Apple şirkətinin bazar dəyəri 2.63 trilyon dollar, NVIDIA-nın bazar dəyəri isə 2.15 trilyon dollar təşkil edir. Dünyanın ən bahalı şirkəti hal-hazırda Microsoft-dur və onun bazar dəyəri 2.99 trilyon dollardır. Bununla belə NVIDIA-nın səhmlərinin ümumi dəyəri 1 il ərzində 4 dəfə, Apple səhmlərinin ümumi dəyəri isə cəmi 15-20% yüksəlib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
M3 prosessorlu yeni MacBook Air noutbuku Geekbench testlərindən keçib
M3 prosessorlu yeni MacBook Air noutbuku Geekbench testlərindən keçib
Yenicə təqdim edilmiş MacBook Air noutbukları 8 mart tarixində satışa çıxacaqlar. Söhbət, M3 prosessoru vasitəsilə çalışan 13 və 15 düym ekranlı MacBook Air noutbuklarından gedir.
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
Canalys analitik şirkəti keçən ilin dördüncü rübü üzrə mobil prosessorlar bazarının vəziyyəti ilə bağlı hesabatı təqdim edib.
Yaxın zamanda NVIDIA GeForce GTX 16 videokart seriyasının istehsalı dayandırılacaq
Yaxın zamanda NVIDIA GeForce GTX 16 videokart seriyasının istehsalı dayandırılacaq
Çinli insayderlər xəbər veriblər ki, NVIDIA şirkəti özünün GeForce GTX 16 videokart seriyasını bağlayır.
Apple M1 prosessorlu MacBook Air-in satışlarını dayandırıb
Apple M1 prosessorlu MacBook Air-in satışlarını dayandırıb
Apple şirkəti M3 prosessoruna sahib yeni MacBook Air modellərini təqdim etdikdən sonra M1 prosessoru vasitəsilə MacBook Air modelinin satışlarını dayandırıb.
Avropa Komissiyası Apple şirkətini 1.8 milyard avro dəyərində cərimələyib
Avropa Komissiyası Apple şirkətini 1.8 milyard avro dəyərində cərimələyib
Avropa Komissiyası App Store platformasının siyasəti ilə bağlı antimonopoliya qaydalarının pozulması səbəbilə Apple şirkətini 1.84 milyard avro (2 milyard dollar) dəyərində cərimələyib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!