Süni zəka son 60 ildə ilk dəfə effektiv antibiotik yaradıb
Süni İntellekt
30.12.2023
Emil Nəcəfov
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri müxtəlif növ xəstəliklərə səbəb olan və daha öncə yenilməz hesab edilmiş qızılı stafilokokk (MRSA) adlı bakteriya üçün yeni effektiv antibiotiki kəşf ediblər. Bu mövzuda mikrobioloqlara deep learning sistemi yardımçı olub. Süni zəka MRSA bakteriyasının kimyəıvi strukturunu və onu məhv edə biləcək kimyəvi birləşmələri analiz edib. 12 milyon kimyəvi birləşmə arasından süni zəka sistemi potensial namizəd ola biləcək 280 ədəd kimyəvi birləşməni seçib. Seçilmiş 280 kimyəvi birləşmə isə öz növbəsində 5 müxtəlif sinifə ayrılıb.
Aparılmış testlərdən sonra mütəxəssislər siniflərdən birində olmuş 2 kimyəvi birləşməni seçiblər. Məlum olub ki, seçilmiş 2 kimyəvi birləşmə siçanlar üzərində aparılmış təcrübə çərçivəsində MRSA-ya qarşı daha aktiv reaksiya veriblər. Belə ki, həmin kimyəvi birləşmələr siçanların orqanizmlərindəki MRSA bakteriyasının yayılmasını 10 dəfə aşağı salıblar. Bu təcrübə əsasında hazırlanacaq yeni dərman preparatları hələ müxtəlif kliniki testlərdən keçəcəklər. İlk növbədə onların insanlar üçün təhlükəsiz olduqlarına əmin olmaq lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çat-botları məhdudiyyətlərdən azad edən süni zəka sistemi yaradılıb
Çat-botları məhdudiyyətlərdən azad edən süni zəka sistemi yaradılıb
ChatGPT və onun böyük dil modelləri əsasında çalışan analoqları istənilən mövzu ətrafında ünsiyyət qura bilmirlər.
ChatGPT kimi çat-botlarla özəl konfidensial məlumatların bölüşülməsi məsləhət görülmür
ChatGPT kimi çat-botlarla özəl konfidensial məlumatların bölüşülməsi məsləhət görülmür
Oksford Universitetinin professoru Mike Wooldridge istifadəçilərə ehtiyyatlı olmağı, ChatGPT və ona bənzər digər çat-botlarla özəl konfidensial məlumatları bölüşməməyi məsləhət görüb.
ChatGPT istifadəçiləri OpenAI məhsullarında daha çox nələri istəyirlər?
ChatGPT istifadəçiləri OpenAI məhsullarında daha çox nələri istəyirlər?
OpenAI şirkətinin CEO-su Sam Altman ChatGPT istifadəçilərinin süni zəkadan daha çox nələri gözlədiklərinin siyahısını təqdim edib.
Böyük dil modelləri konspiroloji nəzəriyyələri və dezinformasiyanın digər formalarını təkrarlayırlar
Böyük dil modelləri konspiroloji nəzəriyyələri və dezinformasiyanın digər formalarını təkrarlayırlar
Vaterloo Universitetinin alimləri təyin ediblər ki, GPT-3 kimi böyük dil modelləri konspiroloji nəzəriyyələri, zərərli stereotipləri və dezinformasiyanın digər formalarını təkrarlamağa meyllidirlər.
Google satış şöbəsindəki işçilərini süni zəka ilə əvəzləməyi planlaşdırır
Google satış şöbəsindəki işçilərini süni zəka ilə əvəzləməyi planlaşdırır
İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti öz satış şöbəsinin əməkdaşlarının bir hissəsini işdən azad etməyi nəzərdən keçirir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!