main-post-cover

    Süni zəka sistemlərindən biri heç gözlənilmədən öz kodunu dəyişməyə cəhd göstərib

    Süni İntellekt
    15.08.2024
    Emil Nəcəfov
         Tokionun Sakana AI adlı elmi-tədqiqat şirkəti The AI Scientist adlı süni zəka sistemini təqdim edib. Təqdim edilmiş bu süni zəka sistemi ChatGPT kimi çat-botların əsaslarında dayanan süni zəka modellərindən istifadə edərək avtonom şəkildə elmi tədqiqatları aparmağa cəhd göstərən süni zəka sistemidir. Məlum olub ki, sözügedən süni zəka sisteminin testi zamanı sistem heç gözlənilmədən müəyyən tapşırığın üzərində çalışma müddətinin uzadılması istiqamətində öz kodunu dəyişməyə başlayıb.
         Müşahidə edilmiş hallardan birində isə sistem özü-özünü işə salmaq üçün nəzərdə tutulmuş sistem sorğusunu yerinə yetirmək istiqamətində öz kodunu redaktə etməyə başlayıb. Bu isə öz növbəsində sonsuz sayda sistem sorğusununu göndərilməsinə səbəb olub. Digər bir halda təcrübələr çox zaman apardıqları səbəbilə sistem təcrübələr üzərində çalışma müddətinin uzadılması istiqamətində öz kodunu dəyişməyə cəhd göstərib. Mütəxəssislər bildiriblər ki, bu süni zəkanın belə davranışı idarə olunan mühitdə heç bir təhlükə yaratmayıb. Lakin onlar qeyd ediblər ki, süni zəkanın avtonom şəkildə kod dəyişmə özəlliyini idarə olunmayan mühitdə aktivləşdirmək heç də məsləhətli deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt, dil şəklindən istifadə edərək 98% dəqiqliklə xəstəliyin diaqnozunu qoya bilib!
    suni-intellekt-dil-seklinden-istifade-ederek-98-deqiqlikle-xesteliyin-diaqnozunu-qoya-bilib
    Bu əsrin ortasına kimi insan səkazı ilə süni zəka birləşə bilər
    bu-esrin-ortasina-kimi-insan-sekazi-ile-suni-zeka-birlese-biler
    TikTok-un sahibi ByteDance, Jimeng AI adlı öz video süni intellekt alətini təqdim edib!
    tiktok-un-sahibi-bytedance-jimeng-ai-adli-oz-video-suni-intellekt-aleti-teqdim-edib
    Ev tapşırıqlarını ChatGPT ilə yerinə yetirən tələbələr üçün pis xəbər!
    ev-tapsiriqlarini-chatgpt-ile-yerine-yetiren-telebeler-ucun-pis-xeber
    İnsan əlini belə, xətasız şəkildə yarada bilən FLUX süni intellekt aləti təqdim edilib!
    insan-elini-bele-xetasiz-sekilde-yarada-bilen-flux-suni-intellekt-aleti-teqdim-edilib