main-post-cover

    Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!

    Süni İntellekt
    08.10.2024
    Farid Pardashunas

         Meta-nın verdiyi son açıqlamalara görə, Ray-Ban ilə çəkilmiş bütün foto və videolar süni intellekt modellərini inkişafı üçün istifadə olunacaq.

         Süni intellektin görüntülərimizlə qidalanması, istifadəçilərin icazəsi ilə baş tutsa da, kifayət qədər şəffaf olmaması səbəbindən tənqid hədəfi olub. Meta-nın süni intellekt modellərini daha da inkişaf etdirmək məqsədilə bu məlumatları topladığı, lakin istifadəçilərin bu mövzuda nə dərəcədə məlumatlandırıldığı müzakirə mövzusudur. Şirkətin məxfilik siyasətlərində açıq şəkildə göstərilsə də, bir çox istifadəçi eynəklə çəkdiyi şəxsi məlumatların süni intellekt modellərini öyrətmək üçün istifadə edildiyini bilməyə bilər. Xüsusilə ev içi görüntülərin, ailə üzvlərinin və ya şəxsi əşyaların bu prosesdə istifadəsi məxfilik baxımından ciddi narahatlıqlara səbəb olur.
         Meta, bu yeni texnologiyanı təqdim edərkən, istifadəçilərin süni intellektlə qarşılıqlı əlaqədə ola biləcəyini və süni intellektin bu məlumatları analiz edərək tövsiyələr verə biləcəyini bildirib. Məsələn, istifadəçilər eynəklərini bir qarderoba çevirəndə süni intellekt geyim seçimi üçün kömək edə bilir. Lakin bu görüntülərin süni intellekt təlimi üçün də istifadə olunması istifadəçilərin xəbərsiz olduğu məlumat paylaşımını gündəmə gətirir. Nəticədə, Meta-nın Ray-Ban ağıllı eynəklərində təqdim etdiyi yeniliklər nə qədər həyəcanverici olsa da, məxfilik məsələlərində daha çox şəffaflıq gözlənilir. İstifadəçilərin şəxsi məlumatlarının necə istifadə olunduğu barədə məlumatlandırılması və bu proseslərin daha açıq hala gətirilməsi, həm istifadəçi güvəni, həm də innovasiyanın davamlılığı baxımından kritik əhəmiyyət daşıyır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
    meta-videolar-tertib-etmeyi-bacaran-movie-gen-adli-suni-zeka-sistemini-teqdim-edib-video
    Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
    suni-intellekt-onumuzdeki-10-il-erzinde-yox-olacaq-peseleri-aciqlayib
    Google və Samsung birgə Ray Ban Meta smart eynəyinin rəqibini hazırlayırlar
    google-ve-samsung-birge-ray-ban-meta-smart-eyneyinin-reqibini-hazirlayirlar
    Tədqiqatçılar: Süni zəka proqramlaşdırmada effektiv deyil
    tedqiqatcilar-suni-zeka-proqramlasdirmada-effektiv-deyil
    Harvard tələbələri, Meta eynəklərilə şəxsiyyət məlumatlarını ifşalayan layihə hazırlayıblar!
    harvard-telebeleri-meta-eyneklerile-sexsiyyet-melumatlarini-ifsalayan-layihe-hazirlayiblar