İstehlakçılar süni zəka funksiyalarına sahib cihazları əldə etməkdən imtina edirlər
Süni İntellekt
01.08.2024
Emil Nəcəfov
Elektron cihazların istehsalçıları süni zəka əsasında çalışan funksiyaları əlavə üstünlük hesab edirlər. Lakin Vaşinqton Dövlət Universitetinin mütəxəssisləri öyrəniblər ki, istehlakçılar bu mövzuda fərqli fikirə sahibdirlər. Bunun təyin olunması üçün mütəxəssislər araşdırma aparıblar. Aparılmış araşdırma çərçivəsində keçirilmiş təcrübə zamanı onlar təcrübədə iştirak etmiş könüllü şəxslərə smart televizorların eyni texniki təsvirlərini təqdim ediblər və onlardan yalnız birində süni zəka funksiyalarının olduğu qeyd edilib.
Könüllü şəxslər isə televizorlar arasında süni zəka termininə sahib olanını gördükləri zaman qeyd ediblər ki, onların bu cür televizoru əldə etmələri ehtimalı çox aşağıdır. Aparılmış ikinci təcrübə isə məhsullarda və ya xidmətlərdə olan süni zəkaya qarşı olan neqativ reaksiyanı daha yaxşı sərgiləyib. Buna misal olaraq bahalı texnikanı, tibbi avadanlıqları və maliyyə xidmətlərini gətirmək olar. Bu cür hallarda süni zəkanın qeyd edilməsi istehlakçıları daha çox narahat edir. İstehlakçıların trenddə olan bu texnologiyaya olan münasibətləri 8 müxtəlif məhsul kateqoriyasında yoxlanılıb və hamısında nəticə eyni olub. Süni zəkaya qarşı neqativlik və inamsızlıq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Analitiklər: Süni zəka layihələrinin 30%-i bağlanacaq
Analitiklər: Süni zəka layihələrinin 30%-i bağlanacaq
Gartner şirkətinin analitikləri yaxın 1 il üçün generativ süni zəkanın inkişaf tempini analiz edərək belə qənaətə gəliblər ki, 2025-ci ilin sonuna kimi bu istiqamətdəki layihələrin 30%-i bağlanacaq.
Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib
Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib
Aparılmış yeni tədqiqat onu göstərib ki, hakerlər süni zəkadan istifadə edərək kompüter və monitoru bir-birinə birləşdirən naqildən yayılan elektromaqnit şüalanmasını deşifrələyə və beləliklə monitorda əks olunan məlumatları oğurlaya bilərlər.
10 sualdan ibarət ekspert testi: Hansı foto realdır və hansı süni intellekt tərəfində yaradılıb?
10 sualdan ibarət ekspert testi: Hansı foto realdır və hansı süni intellekt tərəfində yaradılıb?
Rəqəmsal dövrün sürətlə inkişaf edən texnologiyaları arasında süni intellekt (AI) tərəfindən yaradılan fotoşəkillər getdikcə daha xüsusi olur. Bu, real və süni intellekt tərəfindən yaradılan şəkillər arasındakı fərqi ayırd etməyi getdikcə çətinləşdirir. Bu kontekstdə Reddit istifadəçisi Darien-B tərəfindən hazırlanmış maraqlı testlə özünüzü sınaya bilərsiniz.
4D formatlı videoların tərtibatı üçün Stable Video 4D adlı süni zəka modeli təqdim edilib
4D formatlı videoların tərtibatı üçün Stable Video 4D adlı süni zəka modeli təqdim edilib
Generativ süni zəka sistemlərinin məşhurluqları fonunda videoların tərtibatı üçün nəzərdə tutulmuş artıq çoxlu sayda süni zəka sistemi mövcuddur.
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google tərtibatçıları şirkətin VLOGGER adlı yeni süni zəka modeli barəsində məlumatlar veriblər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!