main-post-cover

    iPhone 16 ilə bağlı bütün sualları cavablandıran söhbət botu yaradılıb!

    Süni İntellekt
    20.09.2024
    Farid Pardashunas

         The Wall Street Journal-ın məşhur texnologiya yazıçısı Joanna Stern, çox maraqlı iPhone 16 icmalını dərc edib. Stern, istifadəçilərin telefonlarla bağlı bütün suallarına cavab verən çatbot yaradıb.

         The Wall Street Journal-nın (WSJ) Emmy mükafatlı texnologiya yazarı Joanna Stern, iPhone 16 ilə bağlı icmalını qələmə alıb. Lakin bu icmalda digər icmallardan fərqli bir yanaşma tətbiq edilib: süni intellekt dəstəkləyən söhbət botu. Bəli, məşhur yazar, iPhone 16 ilə bağlı "Joannabot" adını verdiyi bir süni intellektli söhbət botu yaratdığını açıqlayıb. Bu botun məqsədi isə çox sadədir: iPhone 16 haqqında suallarınızı cavablandırmaq.
         Stern, botu "iPhone 16 haqqında, o cümlədən onu alıb-almamağınız barədə suallarınızı cavablandırmaqdan əsla yorulmayan yaradıcılıq qabiliyyətli bir süni intellekt botu" kimi təsvir edir. WSJ, bu botu 1 həftə ərzində sınaqdan keçirmiş və onu iPhone 16 icmallarından götürülmüş məlumatlarla təlimləndirmişdir. Həmçinin, Apple-ın əvvəlki iPhone modelləri və onlarla bağlı qeydləri daxil olmaqla 10 illik məlumatlar da botun təlimində istifadə edilmişdir. Nəticədə iPhone 16 ilə bağlı istifadəçilərin hər sualını cavablandıra bilən, xüsusiyyətləri müqayisə edən və yeni modelə keçib-keçməmək barədə məsləhət verən bir vasitə ortaya çıxıb. Sözügedən söhbət botunun Google-ın süni intellekt modeli Gemini Flash ilə yaradıldığını da qeyd etmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
    openai-sirketinin-o1-adli-yeni-suni-zeka-modeli-meqsede-catmaq-ucun-yalan-melumati-teqdim-ede-bilir
    iPhone 16 Pro-nun ilk qutu açılışı videosu ortaya çıxıb! (VİDEO)
    iphone-16-pro-nun-ilk-qutu-acilisi-videosu-ortaya-cixib-video
    Oracle şirkətinin həmtəsisçisi: "Süni zəka əsaslı qlobal izlənmə sistemi insanların davranışlarını yaxşılaşdıracaq"
    oracle-sirketinin-hemtesiscisi-suni-zeka-esasli-qlobal-izlenme-sistemi-insanlarin-davranislarini-yaxsilasdiracaq
    ChatGPT 10 aylıq elmi işin öhdəsindən 1 saata gəlib (VİDEO)
    chatgpt-10-ayliq-elmi-isin-ohdesinden-1-saata-gelib-video
    ChatGPT, əvvəlki yazışmalardan istifadəçinin yaşını təxmin edərək öz-özünə söhbət başladıb!
    chatgpt-evvelki-yazismalardan-istifadecinin-yasini-texmini-ederek-oz-ozune-sohbet-basladib