main-post-cover

    İnsanın daha öncə harda olmuş olduğunu onun bədənindəki mikroblar sayəsində təyin edən süni zəka sistemi hazırlanıb

    Süni İntellekt
    14.11.2024
    Emil Nəcəfov
         Lund Universitetinin mütəxəssisləri unikal süni zəka sistemini yaradıblar. Onların yaratmış olduqları süni zəka sisteminin unikallığı ondadır ki, sistem insan bədənindəki bakteriyaları analiz edərək onun daha öncə harda olmuş olduğunu təyin edir. Microbiome Geographic Population Structure (MGPS) adını əldə etmiş bu sistem insanın daha öncəki yerini təyin etmək üçün onun mikroblu barmaq izlərindən istifadə edir. Sözügedən süni zəka sistemi şəhər, torpaq və dəniz ekosistemi də daxil olmaqla müxtəlif mühitlərdən olan mikroblar barəsində geniş məlumatlar bazası əsasında təlimatlandırılıb.
         Süni zəka sisteminin dəqiqliyi öz növbəsində diqqəti cəlb edir. Belə ki, sistem barmaq izi nümunələri arasında hansılarda şəhər mühiti mənbəyinin olduğunu 92%-lik dəqiqliklə təyin edə bilib. Məsələn sistem Honkonq-da insanın bir-birindən 172 metr məsafədə olan iki stansiyada olduğunu təyin edə bilib. Bu texnologiya xəstəliklərin necə yayıldıqları barəsində anlayışımızı olduqca təkmilləşdirə bilər. Bunun üçün sistem sadəcə olaraq mikroorqanizmlərin yayılma yollarını müşahidə edərək infeksiyanın mənbəyini təyin etməli olacaq. Mütəxəssislər bu süni zəka sisteminin dəqiqliyini yüksəltmək və onun müxtəlif sahələrdə istifadəsini mümkün etmək üçün təlimatlandırılma prosesində istifadə edilən məlumatlar toplusunu genişləndirəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka əsaslı robot tərəfindən hazırlanmış rəsm əsəri yüksək qiymətə satılıb
    suni-zeka-esasli-robot-terefinden-hazirlanmis-resm-eseri-yuksek-qiymete-satilib
    Araşdırmalara görə, yeni nəsil süni intellekt dalğası 10 milyard smartfonu tullantılara göndərəcək!
    arasdirmalara-gore-yeni-nesil-suni-intellekt-dalgasi-10-milyard-smartfonu-tullantilara-gonderecek
    İlk dəfə oyun motoruna və ekran kartına ehtiyac duymadan çalışdırıla bilən süni intellekt əsaslı oyun hazırlanıb! (VİDEO)
    ilk-defe-oyun-motoruna-ve-ekran-kartina-ehtiyac-duymadan-calisdirila-bilen-suni-intellekt-esasli-oyun-hazirlanib-video
    Alimlər süni intellektdən istifadə edərək qoxuları "teleportasiya" etməyi bacarıblar!
    alimler-suni-intellektden-istifade-ederek-qoxulari-teleportasiya-etmeyi-bacariblar
    ChatGPT-yə axtarış düyməsi əlavə edilib!
    chatgpt-ye-axtaris-duymesi-elave-edilib