main-post-cover

    Foto tərtibatı zamanı süni zəkanın sərf etdiyi enerji bir smartfonun enerjisinə bərabərdir

    Süni İntellekt
    05.12.2023
    Emil Nəcəfov
         Hugging Face adlı startapın və Karnegi Mellon Universitetinin mütəxəssisləri süni zəkanın müxtəlif növ tapşırıqları yerinə yetirən zaman buraxdığı karbon izinin miqdarını təyin ediblər. Məlum olub ki, böyük həcmdə parnik qazlarının ifrazı məhz süni zəka tərəfindən fotoların tərtibatı zamanı baş verir. Aparılmış tədqiqatda machine learning tərəfindən yerinə yetirilən 13 tapşırıq nəzərə alınıb. Tədqiqatın ədalətli, məlumatların isə müxtəlifliyini təmin etmək üçün mütəxəssislər 30 ədəd məlumat toplusu vasitəsilə 88 növ süni zəka modelini test ediblər. Onlar süni zəka tərəfindən yerinə yetirilən hər bir tapşırıq üçün 1000 ədəd sorğudan istifadə ediblər.
         Daha sonra mütəxəssislər təyin edilmiş tapşırıqların süni zəka tərəfindən yerinə yetirilən zaman sərf edilən enerji miqdarını və bunun nəticəsində ifraz edilən karbon miqdarını ölçüblər. Beləliklə mütəxəssislər belə qənaətə gəliblər ki, süni zəkanın bir fotonu tərtib etməsi zamanı sərf etdiyi enerji miqdarı bir smartfonun enerji miqdarına bərabədir. Süni zəka əsaslı çat-botla adi mətn formatında ünsiyyət zamanı sərf edilən enerji miqdarı isə smartfon enerjisinin 16%-nə bərabərdir. ChatGPT DALL-E kimi süni zəka əsaslı sistemlərdən milyonlarla insanın istifadə etdiyini nəzərə alsaq, sərf edilən enerji ilə ifraz edilən CO2 miqdarı olduqca böyüyür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
    google-sirketi-gemini-adli-suni-zeka-sisteminin-ise-salinmasini-gelen-ile-texire-salib
    NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
    nvidia-ceo-su-artiq-5-ilden-sonra-suni-zeka-insanla-reqabet-apara-bilecek
    Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
    suni-zeka-vasitesile-22-milyon-yeni-material-kesf-edilib
    Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
    suni-zeka-hal-hazirda-is-yerleri-sayindan-daha-cox-maas-seviyyesine-tesir-gosterir
    Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
    bill-gates