Elon Musk süni zəka əsaslı Grok 1.5 çat-botunu anons edib
Süni İntellekt
01.04.2024
Emil Nəcəfov
Elon Musk özünün xAI şirkəti tərəfindən hazırlanmış Grok adlı süni zəka əsaslı çat-botunun yeni versiyasını anons edib. Çat-botun yeni versiyası Grok 1.5 adlanır. Musk-ın sözlərinə əsasən Grok 1.5 riyazi tapşırıqların yerinə yetirilməsi və kodlaşdırma mövzularında digər rəqiblərini geridə qoya bilər. Grok 1.5 riyazi hesablamaları tələb edən testlərdə və kodlaşdırma ilə bağlı qəliz tapşırıqların yerinə yetirilməsində olduqca yüksək nəticələri ilə seçilir.
Məlumata əsasən onun kodlaşdırma bacarığı səviyyəsi artıq Gemini Pro 1.5, GPT-4 və Claude 3 Opus kimi sistemlərin kodlaşdırma bacarıqlarının səviyyələrinə yaxındır. Grok 1.5-də reallaşdırılmış əsas yeniliklərdən biri də odur ki, çat-bot uzun sorğuları analiz edə bilir. Musk-ın sözlərinə əsasən Grok 1.5 versiyası 128 000 simvoldan təşkil edilmiş sorğunu rahatlıqla emal edə bilir. Grok 1.5 hal-hazırda test mərhələsindədir. Onun daha öncəki versiyası isə X (keçmiş Twitter) sosial şəbəkəsinin Premium+ abunəliyinin istifadəçiləri üçün aktivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Neuralink-in görmə məhdudiyyətli insanlar üçün göz çipi anons edilib
Neuralink-in görmə məhdudiyyətli insanlar üçün göz çipi anons edilib
Neuralink-in təsisçisi və sahibi olan Elon Musk şirkətin yeni məhsulunu anons edib.
Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
Elon Musk süni zəkanın inkişafı ilə bağlı yeni fikirlərini bildirib.
Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə verib.
Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO
Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO
Teslanın ikonik pikap maşını olan Cybertruck, polad korpusu və qeyri-adi dizaynı ilə yanaşı, maraqlı xüsusiyyətləri ilə də populyarlaşmağa davam edir. Avtomobil ilk dəfə təqdim ediləndə Elon Musk iddia edirdi ki, Cybertruck qayıq kimi xidmət edəcək qədər suya davamlıdır və çayları, gölləri, hətta dalğalı olmayan dənizləri də keçə bilir. Nəhayət, bir istifadəçi pikap maşınının dərin sulardan keçmə qabiliyyətini sınaqdan keçirdə bilib.
Neuralink-in beyin çipini əldə etmiş ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə etməyi öyrənib
Neuralink-in beyin çipini əldə etmiş ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə etməyi öyrənib
Keçən ay Elon Musk elan etdi ki, onun Neuralink şirkəti öz beyin çipini uğurlu şəkildə insan beyninə implantasiya edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ