Bill Gates süni zəka ilə bağlı yeni proqnozlarını açıqlayıb
Süni İntellekt
20.12.2023
Emil Nəcəfov
Bill Gates yaxın illərdə süni zəkanın təsiri ilə bağlı proqnozlarını açıqlayıb. Onun fikrincə süni zəka texnologiyası iş yerlərini, səhiyyə və təhsil sahələrini tamamilə dəyişəcək. Gates-in fikrincə ABŞ kimi yüksək əmək haqqı səviyyəsinə sahib ölkələr yaxın 1.5-2 il ərzində aktiv şəkildə süni zəka texnologiyasının inteqrasiyasına başlayacaqlar. İş yerlərində süni zəka texnologiyaları bir növ ikinci pilot qismində çıxış edəcəklər. Belə ki, həmin texnologiyalar işçilərə müəyyən tapşırıqları yerinə yetirməkdə yardımçı olacaqlar.
Gates-in sözlərinə əsasən bəzi şirkətlər bu mövzuda işçilərin təlimatlandırılması üçün artıq daxili süni zəka alətlərini yaradıblar. Tibb sahəsində alimlər süni zəkanı virusların antibiotiklərə dözümlü olmaları ilə mübarizədə, riskli hamiləlik xəstəliklərinin müalicə olunmasında və s. istifadə edirlər. Gates bildirib ki, tibb sahəsindəki bu cür texnologiyalar hələ erkən hazırlanma mərhələsindədirlər. Təhsil sahəsinə gəldikdə isə Gates bildirib ki, o, süni zəka əsasında olacaq adaptiv təhsil platformalarında böyük potensial görür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnsanlar süni zəka tərəfindən tərtib edilmiş rəsm əsərlərini nə dərəcədə fərqləndirə bilirlər?
İnsanlar süni zəka tərəfindən tərtib edilmiş rəsm əsərlərini nə dərəcədə fərqləndirə bilirlər?
ABŞ-da yerləşən Boulinq-Qrin Dövlət Universitetinin alimləri maraqlı bir araşdırma aparıblar.
Nyu-York şəhər şurası üzvü jurnalistlərin suallarına süni zəka vasitəsilə cavab verirmiş
Nyu-York şəhər şurası üzvü jurnalistlərin suallarına süni zəka vasitəsilə cavab verirmiş
Bir neçə müddət bundan öncə Nyu-York şəhər şurasına üzv seçilmiş Susan Zhuang etiraf edib ki, o, City & State adlı yerli nəşriyyatın suallarına cavabların verilməsi məsələsində süni zəka imkanlarından istifadə edib.
Alter3 adlı robotla GPT-4 arasında əlaqə yaradılıb (VİDEO)
Alter3 adlı robotla GPT-4 arasında əlaqə yaradılıb (VİDEO)
Tokio Universitetinin mütəxəssisləri Alter3 adlı robot ilə böyük dil modeli olan GPT-4 arasında əlaqə yarada biliblər.
2023-cü ilin ən vacib sözü təyin edilib
2023-cü ilin ən vacib sözü təyin edilib
Demək olar 30 ildir ki, fəaliyyət göstərən Dictionary.com adlı online lüğət Kembric ingilis dili lüğətinə istinadən 2023-cü ilin əsas sözünü elan edib.
Google Gemini adlı süni zəka modelini təqdim edib (VİDEO)
Google Gemini adlı süni zəka modelini təqdim edib (VİDEO)
Hələ bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkəti özünün Gemini adlı süni zəka modelinin təqdimatını yanvar ayına təxirə salıb. Lakin görünür, həmin məlumat doğruluğu əks etdirməyib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!